Nottingem Forest 18 yaşlı irlandiyalını transfer edir
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Şemrok Rovers"in hücumçusu Maykl Nunan "Nottingem Forest"ə keçəcək. Sport24.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı məlumata görə, Premyer Liqa klubu 18 yaşlı futbolçu ilə razılığa gəlib. Müqaviləsinin müddəti başa çatacağı üçün "Nottingem Forest" bu transferə görə yalnız təlim kompensasiyası ödəyəcək.
Nunan daha əvvəl Almaniyanın "Hoffenhaym" klubunun da diqqət mərkəzində olub. Bundesliqa təmsilçisi gənc hücumçu üçün 2 milyon avro təklif etsə də, razılıq əldə olunmayıb.
İrlandiyalı futbolçu "Şemrok Rovers"in heyətində debütünü 16 yaş 197 günlük ikən edib və Konfrans Liqasının pley-off mərhələsində "Molde" ilə matçda qol vuraraq turnirin tarixində ən gənc qol müəllifi olub.
Qeyd edək ki, İrlandiyanın U-21 millisində 6 oyun keçirən Nunan 1 dəfə fərqlənib. O, həmçinin U-17 Dünya Çempionatında İrlandiyanın 1/8 finala yüksəlməsində mühüm rol oynayıb və turnirdə 3 dəfə fərqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















