Icma.az
close
up
RU
Növbəti 3 ayla bağlı əhaliyə xəbərdarlıq: Bunu etməyin MÜSAHİBƏ

Növbəti 3 ayla bağlı əhaliyə xəbərdarlıq: Bunu etməyin MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vitaminlər və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdirlər”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova müsahibəsində deyib.

"Cebheinfo.az" müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, valideynləri ən çox narahat edən mövzulardan biri vitamin çatıșmazlığıdır. Aynur xanım, vitamin və minerallar bizə nə üçün bu qədər vacibdir?

- İnsan orqanizmi hər gün dəri, əzələ və sümük toxuması sintez edir. Zəngin qırmızı qan yaradaraq, orqan və toxumalar oksigen və qidalı mühitlə təmin olunur. Sinir impulslar vasitəsilə beyinə informasiya göndərərək, orqanların normal funksiyasını həyata keçirir. Orqanizm qida ilə aldığı bütün maddələri tikinti materialı və enerji mənbəyi kimi istifadə edir. Bu proses həyat sürdükcə davam edir.

Mübadilə prosesi iki istiqamətdə gedir - anabolik və katabolik. Anabolik tip mübadilədə daha sadə komponentlər birləşərək, mürəkkəb molekullar yaradır və həmin birləşmələr hüceyrənin tikintisində istifadə olunur. Məsələn, aminturşular birləşərək, zülal yaradır. Katabolik tip mübadilə isə, əksinə, daha mürəkkəb birləşmələrini parçalayaraq, enerji mənbəyi kimi orqanizmi təmin edir.

Bu iki reaksiya müştərək işləyir, yəni orqanizm eyni anda həm parçalayır, həm də yenidən yaradır. Bu yenidənqurma işlərində istifadə olunan məhsulların bəziləri orqanizm özündən sərf etsə də, bir qrupunu mütləq şəkildə ətraf mühitdən almalıdır. Uşaqlarda anabolik tip mübadilə üstünlük təşkil edir. Uşaq orqanizmi dayanmadan yeni birləşmələr yaradır. Boy artımı, beyin inkişafı, hormonal təkamül prosesləri və s. amillər hələ tam formalaşmamış gənc orqanizm üçün dayanmadan tikinti materialı, köməkçi vasitələr, o cümlədən də vitaminləri tələb edir. Bu səbəbdən də, biz uşaqlarda vitamin və mineral balansını qorumağa çalışırıq.

- Hansı vitaminlər uşaq orqanizmi üçün daha faydalıdır?

- Vitaminlər yaşam üçün lazım olan kimyəvi birləşmələrdir. Vitaminlər və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdirlər. 2 qrup vitaminlər var: suda və yağda həll olan vitaminlər. Suda həll olunanlara C, PP, H və B qrupu vitaminləri, yağda həll olunanlara isə A, K, D və E vitaminləri aiddir.

Hər vitamin qrupunun öz əvəzolunmaz rolu var. C vitamini bir çox həyati vacib mübadilə proseslərində iştirak edir və güclü antioksidantdır. Bu vitamin birləşdirici toxuma, kollagen sintezini və qan damar divarının möhkəmliyini təmin edir. Ətraf mühitin əlverişsiz şəraitinə qarşı immun sistemin müqavimətini artırır. B qrupu vitaminləri sinir sisteminin möhkəmlənməsi, mielinizasiyası və maddələr mübadiləsində iştirak edir. Ayrıca B12 vitamini sümük iliyi səviyyəsində qırmızı qan hüceylərinin yaranmasında iştirak edən vacib faktordur.

D vitamini sümüklərin formalaşmasında və Ca mübadiləsi üçün vacibdir. K vitamini qaraciyərdə sintez olunan laxtalanma amillərinin sintezində iştirak edən əsas vasitəçidir. A vitamini gözün və dərinin formalaşmasında iştirak edir, həmçinin antioksidantdır. Eyni zamanda, bəzi vitaminlər hormonal balansı da tənzimləyir. Bütövlükdə, vitaminlərin orqanizm üçün rolu əvəzsizdir. Minerallarla birlikdə onlar bir çox proseslərin gedişatına təsir göstərir.

- Uşaqlarda vitamin çatışmazlığını necə müəyyənləşdirmək və nələrə diqqət etmək lazımdır?

- Uşaqlarda vitamin çatışmazlığı xarici və daxili amillərdən asılıdır. Xarici amil, qida vasitəsilə vitamin təminatının pozulmasıdır. Südəmər dövrdə əlavə qidaların gec başlanması, daha çox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ət məhsullarının kasadlığı, qidanın həddən artıq qaynadılması səbəbindən tərkibinin pozulması və s. amillər vitamin çatmamazlığına yol aça bilər.

Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərin orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Bu, ya mədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrə səviyyəsində mineral mübadilənin pozulmasıdır.

- Mədə-bağırsaq traktının xəstəlikləri dedikdə nəyi nəzərdə tutursunuz?

- Mədə dibində B12 vitaminin sovrulmasını təmin edən xüsusi maddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həmin zülalın sintezi azalır. Bu da, B12 vitaminin çatışmazlığına gətirib çıxarır. Bununla belə, B12 vitamininin depolaşmaq xüsusiyyəti var və bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən, mədə turşuluğunun azalması da bir çox vitaminin sovrulmasını ləngidir. Öd yollarının xəstəliklərində ödün qatılaşması və kifayət qədər ödün sintez olunmaması, qaraciyərin finksiyasının, bu da yağda həll olan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur.

- Qurd xəstəlikləri də vitamin çatışmazlığına səbəb olur?

- Qeyd etmək istərdim ki, lyamblya törədicilərinin xüsusiyyəti bağırsaq xovlarını zədələməkdir. Bütün qidalı elementlərin bağırsaq xovlarından sovrulduğunu nəzərə alsaq, bu halda zədə almış bağırsaq heç bir işə yaramır. Yəni, uşaq nə qədər zəngin qida alırsa alsın, vitamin və mineralların sovrulması pozulur.

Digər tərəfdən, qurd invaziyaları da canlı orqanizm olduğuna görə lazımı qidalı mühiti özünün çoxalması üçün sərf edir.

- Vitamin çatıșmazlığı özünü necə büruzə verir?

- Bəzən yüngül gedişatlı vitamin çatıșmazlığı dəqiq diaqnoz qoymağa müəyyən çətinlik yaradır. Bu zaman aparıcı sindromu nəzərə alıb, anamnez və laborator müayinələrdən sonra nəticə əldə etmək lazımdır. Məsələn, B12 vitamini qanyaranmada iştirak edir. Əgər bizə qanazlığı ilə uşaq müraciət edibsə, biz həmçinin dəmir çatışmazlığı da nəzərə almalıyıq. Bu halda, bizim ilk addımımız qanda B12 ilə yanaşı, dəmirin səviyyəsini də yoxlamaq və ondan sonra anamnezdə mədə ilə bağlı şikayətlərin varlığını araşdırmaq olacaq.

Adətən yüngül gedişatlı hipovitaminozlar özünü anemiya, yorğunluq və halsızlıq, görmənin zəifləməsi, yaddaş zəifliyi, dermatit, mədə-bağırsaq funksiyasının pozulması kimi əlamətlərlə büruzə verir. Ağır formalı hipovitaminozlara diaqnoz qoymaq çətinlik törətmir, çünki hər birinin spesifik kliniki gedişatı var.

- Hipovitaminozu necə müalicə etmək olar?

Yay aylarında, bütün meyvə və tərəvəzlərin yetişdiyi bir dövrdə süni yolla vitamin qəbul edilməsi məqsədəuyğun deyil. Meyvə və tərəvəzlərin düzgün istifadəsi bağırsaqların da funksiyasını təmin edəcək. Lakin qida qəbulu zamanı onun necə, harada, hansı temperaturda, neçə müddət saxlanılmasının böyük əhəmiyyəti var.

Həmçinin, təzə sıxılmış şirələrin saxlanılması qaydasına önəm vermək çox vacibdir. Meyvə şirəsi çıxarıldıqdan dərhal sonra içilməlidir, çünki vitaminlər həssas kimyəvi birləşmələrdir və tez parçalanmaq xüsusiyyətinə malikdirlər. Meyvə və tərəvəzlər nə qədər çox qaynadılarsa, o qədər çox tərkibi məhv olar. Bununla belə, bir neçə tərəvəz var ki, az odda qısa müddət ərzində qaynadıqda qida maddələri ilə zənginləşir.

Məsələn, yerkökü az odda qısa müddətə qaynadılırsa, tərkibində beta-karotin kimi mühüm mikroelementlər əmələ gəlir. Pomidor, çuğundur, kələm, brokkoli də bu qrupa aiddir. Kiçik işləmədən sonra onların tərkibi daha xeyirli olur. Ümumiyyətlə, valideynlərə uşaqlarına hazırladığı bütün yeməkləri yavaş odda bişirmək tövsiyə olunur.

- Hansı qidalar vitaminlərlə zəngindir?

- Yerkökü, cəfəri, ispanaq, balqabaq, kələm, brokkoli və ərik Beta-karotin ilə zəngindirlər. Eyni zamanda, D vitamini ilə zəngindirlər süd, balıq yağı və qaraciyər, E vitamini ilə isə qarğıdalı, günəbaxan və çaytikanı yağları. Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq və kələm K vitamini, paxlalılar, göbələk, fındıq, yumurta, qaraciyər, balıq əti, balıq kürüsü B qrupuna aid olan vitaminlərlə zəngindirlər.

- Vitaminlər ancaq qida ilə əldə olunur, yoxsa bədən özü də onları sintez edir?

- Təəssüf ki, yalnız D vitamini, əgər zəngin günəş enerjisi olarsa, dəridə sintez olunur. Müəyyən dərəcədə A və K vitaminləri orqanizm tərəfindən sintez oluna bilər. Bu səbəbdən də, uşaqların qidalanmasına diqqət yetirilməlidir ki, onlar gündəlik rasionunda lazım olan tələbatı ala bilsinlər. Xüsusilə suda həll olan vitaminlər tez bir zamanda tükənir. Buna görə də, onların daim qəbul olunması şərtdir. Yağda həll olan vitaminlərin qaraciyərdə depolanmaq xüsusiyyəti var.

Son olaraq onu qeyd edim ki, qışa yaydan zəmin yaratmağa başlayın. Səhər saatlarında günəş vannası və bol-bol meyvə-tərəvəz qəbul etməklə, uşaq orqanizmini qüvvətləndirmək olar.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri