Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: Bayraktar TB2 PUA alacaq
Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin "Baykar" şirkəti "Bayraktar TB2" pilotsuz uçuş aparatının (PUA) alışı üzrə daha bir Avropa ölkəsi ilə razılıq əldə edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, "Baykar" ilə Xorvatiyanın Müdafiə Nazirliyi arasında "TB2" PUA-ları üzrə saziş imzalanıb. İmzalanma mərasimi Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutub. Sazişi Xorvatiya müdafiə naziri İvan Anuşiç və "Baykar"ın baş direktoru Haluk Bayraktar imzalayıblar.
"Bu hadisə böyük əhəmiyyət kəsb edir, çünki "Bayraktar" PUA-ları daha bir Avropa İttifaqı üzvü olan ölkənin ordu inventarına daxil edilmiş oldu. Xorvatiya səmalarını artıq TB2-lər qoruyacaq", - deyə materialda bildirilir.
Qeyd edilir ki, "TB2" üzrə indiyədək 35 ölkə ilə saziş imzalanıb.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:79
Bu xəbər 22 Noyabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















