Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Növbəti bələdiyyə seçkilərinə doğru

Növbəti bələdiyyə seçkilərinə doğru

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

YAP bütün bələdiyyə seçkilərində fəal iştirak edib və qalib gəlib

Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. Artıq vaxt məlumdur. Bununla bağlı qərar  Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında verilib. İclasda Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin olunması məsələsinə baxılıb. Sədr Məzahir Pənahov bununla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib və müvafiq qərar layihəsini diqqətə çatdırıb. Komissiya üzvlərinin yekdil qərarı ilə növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Seçkilər 118 dairəni əhatə edəcək

Seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəni əhatə edəcək. Məlum olduğu  kimi, ölkəmizdə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlara edilən əlavə və dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildə təxminən 800 bələdiyyə hüquqi statusunu itirmiş olacaq. Bələdiyyələrin yenidən təşkilatlanması yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Növbəti seçkilər də qanunvericiliyə edilən dəyişikliklərə uyğun qaydada keçiriləcək. Artıq “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənib. Seçkilərlə bağlı bütün hərəkətlər “Təqvim Planı”nın əsasında həyata keçiriləcək. Yeri gəlmişkən, iclasda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması müzakirə olunaraq təsdiq edilib. Bununla bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məsələsinə Mərkəzi Seçki Komissiyasında baxılması zərurəti yarandığı halda təqdim edilmiş imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün yenidən yoxlanılması üçün Komissiya nəzdində aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və Mərkəzi Seçki Komissiyasının üzvü İşçi qrupunun rəhbəri təyin olunub.

Namizədlər nə qədər çox olsa, bir o qədər yaxşıdır

Təbii ki, seçkilərə qatılan namizədlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, demokratiya, ölkədə azad seçki mühitinin yaradılmasının göstəricisi olmaqla yanaşı, həm də seçkilərin rəqabət şəraitində keçməsini şərtləndirir.Eyni zamanda, namizədlərin çox olması ölkəmizdə bələdiyyələrə inamın artmasını və vətəndaş fəallığını təcəssüm etdirir.

MSK sədri Məzahir Pənahov da bildirib ki, bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır. Onun sözlərinə görə, MSK-nın mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər. “Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur”, - deyə MSK sədri əlavə edib.

Partiyaların gücü seçkilərdə üzə çıxır

Seçkilərdə iştirak hər bir siyasi partiya üçün çox vacibdir. Seçkilərə qatılmaqla ayrı-ayrı patiyalar cəmiyyətdə hansı mövqedə dayandıqlarını ortaya qoyurlar. Redikül müxalifət düşərgəsində yer alan bəzi partiyaların təmsilçiləri öz adətləri üzrə seçki vaxtı gələndə gizlənməyə yer axtarırlar və bunu da ört-basdır etmək üçün “baykot” şousu düzəldirlər. Əslində, seçkilərə qatılmaqdan imtina bu və ya digər partiyanın öz gücünə inamının olmamasının ifadəsidir. Arxasında elektoratı olan siyasi partiyalar isə əksinə, həmişə yeni seçkilərin keçirilməsini gözləyiblər və seçkilərdə də fəal iştirak ediblər. Ökəmizdə vətəndaşların seçkilərdə həm seçici, həm də namizəd kimi aktiv iştirak etmələri üçün hər cür şərait yaradılıb. 

Yeri gəlmişkən, MSK sədri M.Pənahov bildirib ki, Azərbaycandakı siyasi partiyaların fəaliyyəti əvvəlki illərlə müqayisədə xeyli güclənib. Bu baxımdan, parlament seçkilərində də bir partiyadan başqa hamısı iştirak edib.  MSK sədri əlavə edib ki, ötən parlament seçkiləri əvvəlkilərdən fərqli olaraq daha rahat keçib. M.Pənahov siyasi partiya rəhbərlərinə bələdiyyə seçkilərində fəal iştirakları üçün müraciət edib.

Yeni Azərbaycan Partiyası (YAP) digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də bir qayda olaraq fəal iştirakı ilə fərqlənib. İndiyədək YAP müstəqil Azərbaycanda keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi olub. Yeni Azərbaycan Partiyası bundan əvvəl 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərinə də hazırlıq işlərini və bütövlükdə seçki kampaniyasını çox uğurla başa çatdırıb. Bu seçkilərdə YAP işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsi üzrə seçkilərdə 1606 bələdiyyə üzrə 15156 bələdiyyə üzvləri yerinə 14 mindən çox namizəd irəli sürüb. Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi namizədlər arasında gənclər və qadınlar əhəmiyyətli yer tutub. Seçkilərə “Xalq üçün” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanaraq 10432 bələdiyyə üzvü mandatına sahib olub.

MÜBARİZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri