Növbəti estetik əməliyyat qurbanı... Foto
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxt sakini Lətafət Məmmədova yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yarandığını iddia edir.
Axar.az Milli.az-a istinadən xəbər verir ki, ötən ilin aprel ayında septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədova bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.
O, əməliyyatı icra edən özəl klinika "MedAura"nın həkimi Kəmalə Mirzəyevadan şikayətçidir.
Şikayətçi bildirir ki, əməliyyata 1400 manat ödəniş edib. Təkrar əməliyyat üçün isə 6000 manat lazımdır. Onun tələbi bu ödənişin ona verilməsidir ki, başqa klinikada yenidən əməliyyat olunsun.
Sözügedən özəl klinikanın baş həkimi Nigar Məhəmmədova bildirib ki, həkim Kəmalə Mirzəyeva artıq işdən çıxarılıb. Baş həkim özü də ondan şikayətçidir:
"Bir həkimdən 3-4 pasient şikayət edirsə, biz onu işdən çıxardırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 22 Fevral 2025 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















