Icma.az
close
up
RU
Növbəti il referendum yolu ilə Konstitusiyamızın müasir dövrün tələblərinə uyğunlaşdırılacağına şahidlik edəcəyik Politoloq

Növbəti il referendum yolu ilə Konstitusiyamızın müasir dövrün tələblərinə uyğunlaşdırılacağına şahidlik edəcəyik Politoloq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul olunub.  Məhz həmin gün Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və seçicilərin 86 faizinin iştirak etdiyi referendumda onların 91,9 faizinin leyinə səs verməsi ilə qəbul olundu. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Artıq həmin tarixdən 30 ilə yaxın bir müddət keçir. Müstəqilliyini yenicə qazanmış ölkənin konstitusiyası həmin dövr üçün kifayət qədər əhatəli, ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edən bir Konstitusiya idi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, bu Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi:
“İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi”.
Ekspertin fikrincə, heç şübhəsiz ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir və bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm əhəmiyyət kəsb edir: 
“Keçən 30 il ərzində zaman-zaman Konstitusiyaya bu və ya digər dəyişikliklərin edilməsinə də şahidlik etdik. Düşünürəm ki, Konstitusiya ilində referendumun keçirilməsi və Konstitusiyamızın müasir dövrün tələblərinə uyğunlaşdırılacağına şahidlik edəcəyik. 
Xüsusilə də, siyasi partiyalaşma institutunun inkşafı üçün ali qanunverici hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional və majoritar, yəni, qarışıq seçki sistemi əsasında formalaşdırılması qaydasının tətbiqi, Milli Məclisin say tərkibinin genişləndirilməsi ilə bağlı müvafiq dəyişikliklərin edilməsi, o cümlədən də bələdiyyə institutunun təkmilləşdirilməsi, səlahiyyətlərinin artırılması, iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa xalq səsverməsi yolu ilə seçilməsi qaydasının təsbit olunması, Prezidentin səlahiyyətli nümayəndəlik institutunun təsbiti və paralel strukturların ləğvi, məhkəmə sistemi ilə bağlı dəyişiklərin edilməsi ilə bağlı dəyişikliklərin edilməsi yaxşı olardı”.
Törə Zeynallı
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see255

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see201

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see148

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see128

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri