Icma.az
close
up
RU
Növbəti saziş daha ciddi və çətin olacaq

Növbəti saziş daha ciddi və çətin olacaq

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna nadir torpaq metalları ilə bağlı razılaşmadan sonra ABŞ-la İnvestisiya Fondu ilə bağlı daha bir saziş imzalamağı planlaşdırır.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bəyan edib.

“Növbəti saziş daha ciddi və çətin olacaq, fondla bağlı sövdələşmə planlaşdırılıb. Orada tərəfdaşlıq münasibətləri, maliyyə və digər məsələlər dəqiqləşdiriləcək. Saziş Ukrayna parlamentində mütləq təsdiqlənməlidir. ABŞ Konqresi ilə bağlı xəbərim yoxdur”, - deyə Prezident vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Ukrayna arasında imzalanması planlaşdırılan nadir metallarla bağlı saziş gəlirin 50 faizinin kompensasiya edilməsini nəzərdə tutur. Ukrayna lisenziya məsələsini də həll etməli və audit keçirməlidir.

Zelenski əlavə edib ki, sazişin son variantı müsbət dəyərləndirilib. Onun qaldırdığı əsas məsələlər sənədin mətnində lazımi qaydada öz əksini tapıb.

“Mənim üçün vacib olan bizim borclu olmamağımızdır, sazişdə də nə 500, nə 350, nə də 100 milyard dollarlıq borc qeyd olunub. Bu, bizə qarşı ədalətsizlik olardı”, - deyə Zelenski qeyd edib.

Prezident, həmçinin bildirib ki, fondla bağlı məsələ çərçivə sövdələşməsi daxilində həll edilib. O vurğulayıb ki, bu, Ukraynanın maraqlarının nəzərə alındığı tərəfdaşlıq layihəsidir.

“Bu, tək Amerika deyil, Ukrayna-Amerika birgə fondudur”, - deyə o söyləyib və əməkdaşlığa görə ABŞ-a təşəkkür edib.

Bu gün isə Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, faydalı nadir tapıntılarla bağlı sazişin son variantı faktiki olaraq yekunlaşıb. Sövdələşmə “Ukraynanın Bərpası İnvestisiya Fondunun qayda və şərtlərinin müəyyən edilməsi haqqında Saziş” adlanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri