Icma.az
close
up
RU
Növbəti tədris ili üçün bu dərsliklər yeniləndi RƏSMİ

Növbəti tədris ili üçün bu dərsliklər yeniləndi RƏSMİ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər tədris ilində bəzi dərsliklər yenilənir və şagirdlərin istifadəsinə verilir.

Bu dəyişikliklərin əsas məqsədi proqrama daxil edilən yeni mövzuların dərsliklərdə yer alması və mövzuların daha aydın şəkildə izah olunmasıdır.

Bəs yeni tədris ilində dərsliklərin neçə faizi yenilənib və əsasən hansı fənlərin dərsliklərində dəyişikliklər edilib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyindən bildirilib ki, dərsliklə bağlı mütəmadi yenilənmə işləri aparılır:

“2025-2026-cı tədris ili üçün ümumi təhsil pilləsi üzrə 49 adda dərslik üzrə məzmun təkmilləşdirilməsi və ya yenilənməsi həyata keçirilmişdir. Həmin dərsliklər IX və XI siniflər istisna olmaqla, digər siniflər üzrə müxtəlif fənləri əhatə edir.

Belə ki, yeni tədris ilində “Rus dili 2”, “Alman dili 2”, “Azərbaycan dili 6”, “Riyaziyyat 6”, “Azərbaycan tarixi 6”, “Coğrafiya 7”, “Fizika 8”, “Biologiya 8” və s. dərsliklər hazırlanmışdır.

Yeni dərsliklər qabaqcıl təhsil institutlarının tətbiq etdikləri müasir öyrətmə üsullarından da istifadə edilməklə hazırlanıb. Həmin dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir”. 

Bildirilib ki, yeni hazırlanan dərsliklərin çox hissəsi sınaqdan uğurla keçib:

“Yeni dərsliklər şagirdlərdə əlavə nəzəri biliklərin əvəzinə, yaş xüsusiyyətlərinə uyğun zəruri bilik və bacarıqların formalaşdırılmasını hədəfləmişdir.Misal olaraq, əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydaları öyrədilirdisə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas bacarığın - dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı bacarıqlarının formalaşdırılması hədəflənir.

Yeni hazırlanan dərsliklərin bir çoxu 2024-2025-ci tədris ilində müəyyən ümumi təhsil müəssisələrinin seçilmiş pilot siniflərində tədris olunmuş və sınaqdan uğurla keçmişdir. 

Həmçinin həmin dərsliklər bütün tədris ili ərzində ictimaiyyətə açıq olmuş, ictimaiyyətdən gələn rəylər müəlliflər tərəfindən nəzərdən keçirilmişdir”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri