Icma.az
close
up
RU
Növbəti tədris illərindən ekologiyanı ayrıca fənn kimi mütləq tədrisə daxil etməliyik, ekoloji şüuru formalaşdırmalıyıq

Növbəti tədris illərindən ekologiyanı ayrıca fənn kimi mütləq tədrisə daxil etməliyik, ekoloji şüuru formalaşdırmalıyıq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Orta ümumtəhsil müəssisələrimizdə ekoloji şüurun, ekoloji maarifləndirmənin inkişafı üçün mütləq ayrıca fənn keçirilməlidir”. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, "iqlim dəyişiklikləri mövzusu məktəblərdə yalnız elmi fənn kimi deyil (riyaziyyat, kimya, biologiya, ədəbiyyat), uşaqların münasibət və davranışlarını formalaşdıran bir mövzu kimi tədris olunmalıdır. Nazir vurğulayıb ki, “burada əsas məsələ elmi bilik deyil, münasibət və düşüncə tərzinin formalaşdırılmasıdır. Elm bundan sonra yaranır. Uşaqlara iqlim dəyişikliklərinə yanaşmanı öyrətmək onların gələcəkdə məsuliyyətli və informasiya əsaslı qərarlar verməsinə kömək edəcək”.Sizcə iqlim dəyişiklikləri ilə bağlı mövzular indiki müasir, texnologiyanın inkişaf etdiyi dövrdə şagirdlərə maraqlı ola bilərmi?Bu şagirdlərin təbiətə, ətraf mühitə qarşı həssas davranmasında nə kimi rol oynayacaq?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, 1 il bundan əvvəl orta ümumtəhsil müəssisələrində ekoloji təfəkkürün inkişafı təhsil alanlarda ekoloji şüurun daha da dirçəldilməsi üçün bir neçə addım atılıb: “Elm və Təhsil naziri Emin Əmrullayevin iqlim dəyişiklikləri ilə bağlı mövzuların ayrıca məktəblərdə xüsusi tədrisinin olunması ilə bağlı dediklərini təqdirəlayiq hesab edirəm. Şəxsən biz 1 il bundan əvvəl orta ümumtəhsil müəssisələrində ekoloji təfəkkürün inkişafı, təhsil alanlarda ekoloji şüurun daha da dirçəldilməsi üçün bir neçə addımın təcili sürətdə atılmasını bildirmişdik. Onların arasında ən birinci, ən ümdə gələn məsələ iqlim dəyişiklikləri, ekologiya problemləri, ümumiyyətlə ekologiya ilə bağlı ayrıca fənnin tədrisi olmalı idi. Çox qısa müddətdə ekologiya ayrıca fənn kimi keçirildi. Bu da bizim bildiyimiz fizika, kimya yox, daha çox fakültətiv bir fənn idi. Necə ki, bu gün şahmat və iqtisadiyyat kimi dərsliklər ənənəvi yox, fakültətiv keçirilir, həmçinin o da. Sonradan bu dərsliklər yığışdırıldı”.

Elmin Nuri

Elmin Nuri qeyd edib ki, insan amilinin olduğu, insanın nəfəs aldığı hər bir məqamda ekoloji şüur anlayışı mütləq olmalıdır: “Dünya ölkələri bu gün ekoloji şüurun inkişafı ilə bağlı ümumtəhsil proqramında çox ciddi addımlar atır. Doğrudur, onların hər birində ekologiya ayrıca fənn kimi keçirilmir. İqlim dəyişiklikləri, iqlim problemi qlobal ekoloji böhranla bağlı bilgilər ayrıca fənn kimi tədris olunmur. Amma onlarda axı fənn anlayışı nisbətən fərqlidir. Məsələn; Kembric metoduna əsasən təbiətyönlü fənlər-biologiya, kimya, fizika və coğrafiya bir fənnin tərkibində keçirilir. Yəni bura elmlərin inteqrativ yanaşması modundan baxırlar. Amma ekologiya mövzusu həddindən artıq dərin çalarlarla və geniş şəkildə tədris olunur.

Bəli, bu gün bizim orta ümumtəhsil müəssisələrimizdə ekoloji şüurun, ekoloji maarifləndirmənin inkişafı üçün mütləq ayrıca fənn keçirilməlidir. Coğrafiya fənninin tərkibində bu məsələlərə az-çox toxunulur. Hətta həyat bilgisi fənninin tərkibində olmur, nisbətən biologiyada var. Lakin bunlar sistemli şəkildə, vahid proqramın tərkib hissəsi kimi konkret bir fənnin və ya bir dərsliyin tərkibində olmalıdır ki, şagirdlərə də daha sistemli şəkildə tədris olunsun, əks halda mümkün deyil və mövzu dağınıqlığını uzun illər yaşamalı olacağıq. Bu gün ekologiya, texnologiya sistemi müasir dövrün tələbləri və bizi əhatə edən bəzi trendlərin fövqündədir. İnsan amilinin olduğu, inanın nəfəs aldığı hər bir məqamda ekoloji şüur anlayışı mütləq olmalıdır. İnsan həmişə var, təbiət həmişə var. Texnologiya nə dərəcədə inkişaf edir etsin, süni intellekt maşınları və robotlar istəyir ki, bütün hər şeyi ələ alsınlar, amma insan və təbiət varsa və insan nəfəs alırsa, ekologiya da var deməkdir. Ona görə də biz buna ləngiməməliyik. Biz növbəti tədris illərindən ekologiyanı ayrıca fənn kimi mütləq və mütləq tədrisə daxil etməliyik”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri