Icma.az
close
up
RU
Novruz Bayramı Birlik, Həmrəylik və Qələbə Rəmzi

Novruz Bayramı Birlik, Həmrəylik və Qələbə Rəmzi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz milli bayramlarından biridir. Bu bayram yalnız təbiətin canlanmasını deyil, həm də dostluq, birlik və yüksək mənəvi dəyərləri tərənnüm edir. Müsbət dəyişikliklərin rəmzi olan Novruz bayramı Azərbaycanın tarixində, mədəniyyətində və milli dəyərlərində xüsusi yer tutur.

Ulu öndər Heydər Əliyev 21 mart 2000-ci il tarixində Novruz bayramının dərin məzmununu belə ifadə etmişdir: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir... Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Heydər Əliyevin sözləri Novruz bayramının hər kəsin ürəklərini bir araya gətirdiyini və insanlarda barış və dostluq hisslərini oyatdığını vurğulamaq üçün ən uyğun təsvirdir.

Novruz bayramı Azərbaycan xalqının milli adət-ənənələrini yaşadan, insanları öz köklərinə bağlı edən ənənələrdən biridir. Keçmişdən gələn bu bayram, əsrlər boyu mədəniyyətimizin ayrılmaz bir parçasına çevrilmişdir. Novruz bayramı yalnız milli deyil, həm də ümumbəşəri dəyərləri tərənnüm edir. O, sülhün, tolerantlığın və humanizmin simvoludur. Bayram günləri hər kəs birlikdə şadlanır, insanlar arasında sevgi və anlayış möhkəmlənir.

Novruz Bayramı əslində həm mədəniyyətimizin, həm də bəşəri dəyərlərin əksidir. Novruz hər zaman yeni başlanğıc rəmzi olub, eyni zamanda insanları bir masa ətrafına toplamağı, dostluq və sevgini önə çıxarmağı təşviq edir.

Baharın gəlişi ilə təbiətin oyanışını qeyd edən bu bayram həm də fərqli mədəniyyətləri və inancları birləşdirən universal bir dəyərdir. Hər bir detalı-xüsusilə də səməni, şamlar və şirniyyatlar-xeyirxahlıq, məhsuldarlıq və harmoniya anlamlarını daşıyır.

2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Hərəmiz bir ağac əkək” kampaniyası, Novruz bayramının yalnız milli ənənələri yaşatmaqla məhdudlaşmadığını, həm də təbiətin qorunması və ekoloji problemlərin həllinə töhfə verən bir hadisə olduğunu göstərdi. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması yönündə əhəmiyyətli işlər görülmüş, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın bu bayramla bağlı təşəbbüs və əməkləri böyükdür.

Məlumdur ki, artıq, Azərbaycan xalqı ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Prezident İlham Əliyevin 20 mart 2021-ci il tarixində Şuşada söylədiyi bu sözlər tarixi və emosional əhəmiyyətə malikdir: “Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik.” Bu ifadə, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün möhkəmlənməsi istiqamətindəki qətiyyətini göstərir.

Prezident İlham Əliyev 18 mart 2023-cü ildə Talışda demişdir: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm.” Bu nitq, Qarabağın dirçəlişinə və inkişafına yönəlmiş diqqəti bir daha vurğulayır.

2024-cü ildə Xankəndində təşkil olunan bayram mərasimində Prezident İlham Əliyev demişdir: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. Qələbəmizin növbəti rəmzi.” Bu sözlər, Azərbaycanın zəfərlər dolu tarixinin təcəssümüdür.

Novruz bayramı Azərbaycan xalqı üçün həm milli, həm də mənəvi dəyərdir. Heydər Əliyevin sözləri ilə desək, “Bu bayram insanları dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edir.” Bu əziz bayramın hər il qeyd edilməsi xalqımızın birliyinə, mənəvi dəyərlərinə və gələcək arzularına güclü töhfə verir.

Tutu Kamal qızı,

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri