Icma.az
close
up
RU
Novruz bayramı filmlərimizə necə salındı? Tarixçə

Novruz bayramı filmlərimizə necə salındı? Tarixçə

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda Novruz bayramı yazın gəlişinin, təbiətin oyanışının ilk müjdəsini gətirən xalq bayramı hesab olunur. Tarixi keçmişimizə nəzər salsaq, o zaman görərik ki, tarixi xronologiyanın hökmü ilə məhz Şərq xalqları Novruz mərasimlərinin yaradılmasında və inkişafında, eyni zamanda onun tam bir düşüncə sisteminə çevrilməsində böyük rol oynayıblar. Bu yazıda Azərbaycan kinosunda Novruz bayramı necə təsvir olunub, hansı təzyiqlər hesabına Novruz kadrları yaranıb, ümumiyyətlə milli kinomuzda Novruz ənənəsi necə izah olunub kimi məqamlara aydınlıq gətirəcəyik.

Novruz bayramına fəlsəfi və dini baxış

Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Belə ki, insanın dörd ünsürdən – su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur.

Ən maraqlı məqamlardan biri də odur ki, “Qurani-Kərim”də Novruz bayramından bəhs olunmasa da, dini rəvayətlərin bəzilərində bayram kimi qeyd olunan mühüm günlər təriflənir və ona hörmət edilməsi qeyd edilib.

Bayramın rəsmi səviyyədə qeyd olunması

1967-ci il… SSRİ imperiyasının təzyiqlərlə, qadağalarla dolu olan bir dönəmi…Həmin il Azərbaycanda ilk dəfə Novruz bayramı “Bahar” bayramı adı altında rəsmi səviyyədə respublika ərazisində olunub. Qadağalara baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında Azərbaycan kommunistlərinin o vaxtkı rəhbəri, akademik Vəli Axundov və tanınmış yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir.

1967-cı ildə Novruzun qeyd edilməsi baş tutsa da, növbəti ildə - 1968-ci ildə buna imkan verilməyib. Bunun nəticəsidir ki, Vəli Axundov və Şıxəli Qurbanov Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalıb.

HAŞİYƏ: Etiraf etmək lazımdır ki, Rusiya bir dövlət olaraq daima açıq oyunlar nümayiş etdirir. Bu baxımdan da SSRİ dövründə qadağalara sadəcə olaraq türk dövlətlərinin məruz qalması, onların bilərəkdən adət-ənənəsindən, dinindən uzaqlaşdırılması siyasi bir oyun idi. Rusiya buna nə dərəcədə nail oldu, bu, artıq başqa bir söhbətin mövzusudur.

1967-ci ildə bayram rəsmiləşdirlir, 1968-ci ildə yenidən qadağalar başlayır və 1969-cu ildə vəziyyət mürəkkəb olduğu qədər də konkret olaraq ortaya iş qoyulur.

XIX əsrin tarixi prosesləri və ya adət-ənənəyə qayıdış

Xalq yazıçısı İsmayıl Şıxlı XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən “Dəli Kür” əsərini 1957-ci ildə qələmə almağa başlamış, 1967-ci ildə tamamlamışdır. Ola bilsin ki, 1967-ci ildə Novruzla bağlı olan rəsmi söhbətlər “Dəli Kür” romanına da öz təsirini göstərib.

1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında əsasında rejissor Hüseyn Seyidzadə “Dəli Kür” filmini çəkir. İsmayıl Şıxlı sadəcə əsərin deyil, eyni zamanda fimin ssenari müəllifi kimi “Dəli Kür” filmində, yəqin ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq Novruz bayramının təsvirini yaradır, fimin bir neçə epizodunda bayram adət-ənənəsini göstərir. Hətta “yuxarıların” icazəsi alınmadan filmdə Novruz bayramı olan epizodlara yer verib.

Onu da qeyd edək ki, filmdəki Novruz səhnəsi Şamaxının Dədəgünəş kəndində çəkilib. Və önəmli məqamladan biri də odur ki, milli ruhlu yazıçı kimi tanınan İsmayıl Şıxlı nə qədər təkidlə əsərdə Novruzdan bəhs edibsə, eynilə də milli ruhlu rejissor kimi filmlər ərsəyə gətirən Hüseyn Seyidzadə də eyni inadkarlıqla filmdə həmin epizodların çəkilməsi uğrunda mübarizə aparıb. Belə ki, rejissor filmin hazırlıq prosesində “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgandərovun yanına gedir və onunla qısa və konkret danışır – icazə olsa da, olmasa da, Novruz səhnəsini filmdə ekranlaşdıracaq.

Yaradıcılığına bələd olduğumuz üçün əminik ki, Adil İsgəndərov sənətlə bağlı önəmli fikirləri alqışlayan və kinostudiayaya rəhbərlik etdiyi dövrdə(1966-1974-cü illər) milli xüsusiyyətləri olan fimlər üçün hər cür şərait yaradıb.

Adil İsgəndərovun Hüseyn Seyidzadənin cəsarətindən xoşu gəlir, “get, ürəyin necə istəyir, çək, lazım gəlsə, yuxarılarla da danışmaq mənim boyuma”, deyir və beləliklə, Azərbaycan kino filmi tarixində ilk dəfə Novruz bayramı “Dəli Kür” filmində ekranlaşdırılır.

Fimdən gördüyümüz kimi də Novruz bayramı ilə bağlı kadrlar – şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının «Dirədöymə» oynamaları, bacadan şal atmaları və s. bu qədim bayramın rituallarla təsviridir ki, bu da sənət nöqteyi-nəzərindən təsirli olduğu qədər də maraqlı alınıb.

Kinorejissorun Əbdül Mahmudovun dedikləri

“Novruzun təmtəraqlı təsvirinə ilk dəfə “Dəli Kür” filmində rast gəlmişəm. Adil İsgəndərov kinostudiyaya direktor təyin olunduğu və rəhbərlik etdiyi dövrdə milli filmlərimiz yarandı ki. onlar arasında da bayram əhval-ruhiyyəsini əks etdirən filmlər də var idi. İsmayıl Şıxlının əsərindəki Novruz bayramı Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq üçün əsas verdi. Hüseyn müəllim də belə səhnələrin mahir qurucusu olaraq çox yüksək səviyyədə təşkil etdi. Həmin epizodu Dədəgünəş kəndində qurduq. Hər şey hazır olanda çəkilişlər başladı. O səhnənin çəkilişi isə 1 həftəyə baş tutdu. O çəkilişə 3 dəfə Adil müəllim o vaxtkı mədəniyyət naziri Məmməd Qurbanov, Mərkəzi Komitənin şöbə müdirlərilə gəlib tamaşa etdi. Siz təsəvvür edin ki, Moskvada o cür möhtəşəm filmin təhvili vaxtı Novruz bayramı səhnəsinə necə xüsusi maraq göstərildi. Məhz bu filmdən sonra geniş, təmtəraqlı səhnələr çəkilməyə başladı. İlk dəfə papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimiz filmdə təsvir olunmuşdu. Filmdə faytonçu Məmmədəlinin(aktyor İsmayıl Osmanlı) bayram haqda fikirlərinə diqqət edək, Məmmədəli ilə Çernyayevskinin Novruz bayramı barədə söhbəti. Qonaq deyir ki, “niyə belə tələsirsən?”. Məmmədəli cavab verir ki, “bizdə bayram axşamında adət belədir ki, gərək hamı evdə olsun”. Bir kəlmə ilə bayramın necə müqəddəs olduğu göstərilir”.

Azərbaycan kinosu ikinci dəfə Novruz bayramına “Yeddi oğul istərəm” filmində müraciət etdi. Yusif Səmədoğlunun ssenarisi əsasında çəkilən, Tofiq Tağızadənin quruluşunda lentə alınan ”Yeddi oğul istərəm” filmində Kosa və Keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. Doğrudur “Dəli Kür" filmindəki kimi geniş təsvirlər yoxdur, ancaq önəmli olan oddur ki, yenidən müraciət olunub.

Kinorejissor Fikrət Əliyevin xatirələri

1980-ci ildə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında rejissor Fikrət Əliyev “Qızıl uçurum” filmini çəkir və filmdə Novruzla bağlı epizod təsvir olunub. Filmlərində milli adət-ənənələrə geniş yer verən rejissor xatirələrində deyir ki, filmi çəkən rejissorun əqidəsi, mənəviyyatı və daxili dünyası necədirsə, bu onun filmlərində mütləq özünü büruzə verməlidir. Bəlkə də bu səbəbdən çəkdiyim filmlərdə Novruz və digər adətlərimiz öz əksini tapıb”.

Qeyd edək ki, Azərbaycan kinosunda Novruz elementlərinin olması insanlarımızda böyük ruh yüksəkliyi yaradır, onları milli bayramlara daha da bağlayır. Artıq qadağalar dövrü geridə qalıb, müstəqil ölkənin müstəqil kinosu var. Bu baxımdan da istənilən mövzu kinomuza gətirilə bilər. Hətta artıq bir neçə ildir ki, Novruz bayramı beynəlxalq səviyyədə qeyd olunur, dünya Azərbaycanda keçirilən Novruiz adət-ənənəsindən danışır. Belə olan halda kinomuzda bu adət-ənəyə yenidən müraciət edərək daha mühüm məqamları kino tarixinə yazmaq mümkündür.

Azərbaycan Kinematoqrafçılar İttifaqı

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı Məşhur model əməliyyat olunacaq "Riyakarın iflası" kitabının təqdimatı keçirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:413
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Mart 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri