Icma.az
close
up
RU
Novruz bayramı xalqımızın mənəvi dünyasının təcəssümüdür

Novruz bayramı xalqımızın mənəvi dünyasının təcəssümüdür

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Azərbaycan xalqının minilliklərə söykənən milli-mənəvi dəyərləri hər birimizin böyük qürur mənbəyidir. Çünki bizi dünyaya tanıtdıran, təqdim edən əsas amillərdən biri də məhz bağlı olduğumuz dəyərlərimiz, mənəvi dünya görüşümüzdən xəbər verən adət-ənənələrimiz və bayramlarımızdır. Böyük coşqu ilə qarşılayaraq qeyd etdiyimiz Novruz bayramı da ən gözəl mənəvi dəyərlərimizdən biridir. 

Novruz yeni həyat mənasını daşımaqla baharın gəlişini özündə əks etdirən bayramdır. Tarixən xalqımız təbiətin canlanmasını yazın başlanması ilə bağlamışdır. Məhz bu fəsildə torpaq qış yuxusundan oyanır, ağaclar çiçək açır, havalar isinir, gecə ilə gündüz bərabərləşir. Beləliklə, yeni həyat başlayır və bütün bunları xalqımız Novruz bayramı kimi qeyd edir, bu münasibətlə mənəvi dünya görüşündən irəli gələn şənliklər keçirir. Əcdadlarımızın, ata-babalarımızın əsrlərdən əsrlərə ötürərək yaşatdığı Novruzda bütün evlərdə bayram süfrələri açılır, qohumlar, dostlar bir-birinin evinə qonaq gedir, küsülülər barışır, vəfat edənlərin qəbirləri ziyarət olunur. Novruz günlərində tonqal qalamaq, papaq atmaq, yumurta döyüşdürmək, qapı pusmaq bu bayramın gözəl adətlərindəndir. Eyni zamanda Novruz günlərində bütün evlərdə bolluq rəmzi olan səməni yetişdirilir, bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava bişirilir. Bu bayramın ən yaddaqalan məqamlarından biri isə el şənliklərinin keçirilməsi, kəndirbazların, pəhləvanların öz güclərini göstərmələri, kosa və keçəlin sərgüşətlərindən ibarət komik tamaşaların nümayiş etdirilməsidir. Bütün bu ənənənələr və bayram mərasimləri paklığı, mühüm insani dəyərləri, Azərbaycan xalqının tarixini, yüksək mənəvi irsini, zəngin folklorunu və milli fəlsəfəsini özündə ehtiva edir. Ona görə xalqımız hər zaman Novruz bayramını əziz tutub. Martın 18-də bayram münasibətilə xalqımızı təbrik edən cənab Prezident İlham Əliyev Novruz bayramının milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını bildirərək deyib: «Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir». Novruz bayramı bir sıra Şərq ölkələrində, o cümlədən türk dövlətlərində də qeyd olunur. Amma Novruz ən gözəl şəkildə və ən yüksək səviyyədə, əsl bayram əhval-ruhiyyəti ilə məhz Azərbaycanda keçirilir. 

Təsadüfi deyil ki, bayram günlərində respublikamıza gələn xarici turistlərin də sayı artır. Bir məsələni də qeyd etməliyik ki, sovet hakimiyyəti illərində Azərbaycanda digər milli-mənəvi dəyərlərimizlə yanaşı Novruz bayramı da repressiv qərarlara məruz qalmışdı. Bu bayramın keçirilməsi qadağan olunmuşdu. Lakin sərt sovet ideologiyası Novruzu, onun gözəl adətlərini xalqımızın milli şüurundan silə bilmədi. Azərbaycan xalqı 70 il ərzində Novruz ənənələrini, el şənliklərini hafizəsində yaşatdı, qorudu və gələcəyə ötürdü. Xüsusilə, məhz Ulu Öndər Heydər Əliyevin sovet illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda geniş vüsət alan milli-mənəvi hərəkatın əsas göstəricilərindən biri Novruz bayramının daha kütləvi və təmtəraqlı qeyd olunması idi. Bu da ondan irəli gəlirdi ki, Ulu Öndər Heydər Əliyev bir azərbaycanlı kimi öz xalqının adətlərinə və milli ənənələrinə son dərəcə bağlı idi. Təbiətin oyanışının, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı həm də UNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Belə ki, 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və böyük səyi nəticəsində mümkün olub. BMT tərəfindən isə 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunub. Bununla bağlı qətnamə BMT Baş Assambleyasının 23 fevral 2010-cu il tarixində keçirilmiş 64-cü sessiyasında qəbul olunub. Məlum olduğu kimi bir neçə il əvvələ qədər Novruz bayramında əsas arzu və diləyimiz torpaqlarımızın işğaldan azad edilməsi, növbəti belə bayramın Qarabağda keçirilməsi ilə bağlı olurdu. Xalqımız isə torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. Bu əminliyi daha da gücləndirən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu güclü dövlətçilik siyasəti, Prezident İlham Əliyevin Azərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəltməsi idi. Vaxtilə Ulu Öndər Heydər Əliyev Novruz bayramı münasibətilə Mərdəkandakı "Abşeron" sanatoriyasında məcburi köçkünlərlə görüşündə demişdi: «Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır». Artıq 5 ildir ki, Ümummilli Lider Heydər Əliyevin bu arzusu çin olub. Ulu Öndərin layiqli siyasi davamçısı, Prezident İlham Əliyev cənablarının Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımız işğaldan azad edilib, respublikamızın ərazi bütövlüyü təmin edilib. Artıq beşinci ildir ki, Novruz bayramının sevinci 30 ilə yaxın bu bayrama həsrət qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarında yaşanır. Möhtərəm Prezident İlham Əliyevin hər il Novruzda işğaldan azad edilən ərazilərə səfər etməsi, burada alovlandırdığı bayram tonqalları hər birimizi dərindən qürurlandırır, xalqımıza fərəh hissi yaşadır. Müzəffər Ali Baş Komandanın 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndidə, 2025-ci ildə isə Ağdərə rayonunun Həsənriz kəndində alovlandırdığı bayram tonqalları həm də Zəfərimizi bütün dünya bəyan edir. Bu tonqallar və cənab İlham Əliyevin doğma yurdlarına geri qayıtmış keçmiş məcburi köçkünlərlə işğaldan azad edilən ərazilərdə keçirdiyi bayram görüşləri isə Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi fikirlərin həyata vəsiqə almasının göstəriciləridir. 

Eyni zamanda cənab Prezident İlham Əliyevin xalqımıza bayram təbrikləri də artıq beşinci ildir ki, özündə həm də Zəfərimizi, torpaqlarımızın azadlığını tərənnüm edir. Torpaqlarımızın işğaldan azad edilməsindən və bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasından sonra xalqımız Novruz bayramını tamamilə başqa əhval-ruhiyədə, qürurla və Zəfər coşqusu ilə qarşılayır. Başqa cür desək, xalqımız öz mənəvi dünyasının təcəssümü olan Novruzu indi könül dolusu ilə qeyd edir. Bayramımız mübarək olsun!    

Xanlar Fətiyev

Milli Məclisin deputatı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Mart 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see270

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see175

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see156

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see153

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see140

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see135

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see133

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see132

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see130

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see124

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see124

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see123

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri