Icma.az
close
up
RU
Novruz bayramında bölgələrdəki otellərin qiyməti kəllə çarxa çıxacaq

Novruz bayramında bölgələrdəki otellərin qiyməti kəllə çarxa çıxacaq

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Mart ayında Azərbaycanda 12 günlük - uzun bayram tətili gözlənilir. Hər il yüzlərlə insan bu tətili fürsət bilib istirahət planları qurur. Lakin son illər vəziyyət bir qədər fərqlidir.

Quru sərhədlərin hələ də bağlı olması xarici ölkələrə səyahət imkanlarının məhdudlaşmasına, yerli turistlərin əsasən ölkədaxili istirahət məkanlarına üz tutmasına səbəb olur. Bu isə otellərin doluluq səviyyəsini artırır və qiymət artımı isə qaşılmaz olur...

Ötən illərin təcrübələri göstərir ki, bayram günlərində, xüsusilə də uzunmüddətli tətillərdə otel qiymətləri adi günlərlə müqayisədə xeyli artır.

Bəs görəsən, Novruz bayramında vəziyyət necə olacaq? Qiymətlər nə qədər bahalaşacaq? Turistlər bu vəziyyətdə nə etməlidir?

BAKU.WS-in əməkdaşı sözügedən məsələ ilə əlaqədar araşdırma apardı. Ölkəmizin kurort zonalarında yerləşən qabaqcıl otellərdən topladığımız məlumatlar belədir:

Şahdağ 

Hazırda qış olduğunu nəzərə alsaq, bura qar turizmi baxımdan ölkənin ən ideal məkanlarından sayılır. Şahdağda yerləşən otellərdən birində 2 nəfərlik standart otağın 1 gecəlik qiyməti həftəiçi 180 manatdan başlayaraq təklif edilir. Həmin ərazidə yerləşən başqa bir oteldə isə bu günlük eyni xidmətin qiyməti 400 manatdır. Lakin hər iki otel bayram günlərində qiymətlərin artacağını istisna etmir.

"Hazırda bizdə qiymətlər dəyişir. Məsələn, iş günləri standart 2 nəfərlik otağın qiyməti 180 manatdırsa, həftəsonu və beşinci günü bu məbləğ 210 manatdan başlayır. Bayramda - yəni 1 ay sonra qiymətlər 250 AZN olaraq dəyişəcək".

Quba 

Qubada yerləşən lüks otellərdən birində standart 2 nəfərlik otağın 1 gecə üçün hazırkı qiyməti 215 manatdır. Lakin bayram gününə indidən rezervasiya etmək istədikdə qiymət 275 manat olaraq dəyişir. 

Qubanın bir digər gəzməli-görməli yerində məskən tutan lüks oteldə isə hazırda 1 gecəlik 2 nəfərlik standart otağın xərci mənzərəyə görə dəyişir. Məsələn, əgər otağınız göl mənzərəli olacaqsa məbləğ 170, dağ mənzərəli olacaqsa 140 manatdır. Müştərilər həmin otelin eyni otaqlarını bayram günləri 250-280 AZN-dən başlayan qiymətlərlə bron edə biləcək. 

Lənkəran

Lənkəranın dağ mənzərəli otellərindən birində bugünkü rezervasiya qiyməti 2 nəfərlik standart otaq üçün 140 manatdırsa, bu məbləğ bir ay sonra - mart ayının 21-dən etibarən 400-500 manat olacaq.

"Martın 21-i oteldə bir gecəlik standart otaqda qonaqlama 500, 22-si isə 400 manat olacaq", - deyə otelin əməkdaşı bildirir.

İsmayıllı

İsmayıllıda yerləşən otellərdə də vəziyyət digərlərindən fərqlənmir. Belə ki, bayramda bu bölgədə yerləşən otellərə üz tutanlar iş günləri ilə müqayisədə bir qədər "tərləməli" olacaqlar. Hazırkı qiymət standart 2 nəfərlik otaqda 150 AZN-dirsə, bayramda otel eyni otağın qiymətini 50%-dən çox qaldıraraq 360 manat edəcək.

Şəki

Tarixi küçələri, abidələri ilə gözoxşayan Şəkimizin ən lüks otellərindən birində hazırkı rezervasiya məbləği 140-160 manat arasıdır. Bu qiymət bayram günlərində bir qədər dəyişsə də, insafən deyək ki digərləri arasında bir az münasibdir. Bayram günləri Şəkiyə üz tutsanız otelin 1 gecəlik 2 nəfərlik standart otağı 230-250 AZN arası xidmət göstərəcək.

Uzunmüddətli tətil və daxili turizmə artan maraq fonunda deyə bilərik ki, orta səviyyəli otellərdə qiymətlərin 40-60% arasında bahalaşması gözlənilir. Lüks və beş ulduzlu otellərdə isə artım 70-100%-ə çata bilər. Bundan başqa, populyar turizm bölgələrində otel yerlərinin tez dolması ehtimalı yüksəkdir.   Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.

Banu Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri