Icma.az
close
up
RU
Novruzəli Aslanov: “2023 cü ilin avqust sentyabr aylarında AzQAC ın əməkdaşları Rusiya sülhməramlıları postunun qarşısında 29 gün çadırlarda gecələməli olmuşdular”

Novruzəli Aslanov: “2023 cü ilin avqust sentyabr aylarında AzQAC ın əməkdaşları Rusiya sülhməramlıları postunun qarşısında 29 gün çadırlarda gecələməli olmuşdular”

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan 2023-cü ilin 19 sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağ və Şərqi Zəngəzuru bütünlüklə özünün suveren nəzarəti altına götürdü, bu ərazilərdə konstitusiya quruluşunu bərpa etdi və artıq iki ildir ki, həmin torpaqlarda həyatı sıfırdan qurmaqla yenidən bərpa edir. Qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti iki il bundan öncə Qarabağda cərəyan edən hadisələrin birbaşa iştirakçılardan biri olub. AzQAC özünün humanitar fəaliyyəti ilə hər zaman dövlətimizin yanında olduğunu nümayiş etdirib, üzvlərinin və əməkdaşlarının fədakarlıqları sayəsində öz missiyasına sadiqliyini bir daha isbatlayıb."

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov deyib.

Millət vəkili AzQAC-ın 2023-cü ildə Qarabağın erməni icmasına humanitar yardım göndərməsindən danışaraq, bu yolda erməni separatçılarının törətdikləri əngəllərdən və bölgədə gərginliyi daha da artırmaq cəhlərindən bəhs edib: "Həmin dövrdə ermənilər və onların havadarları Azərbaycanı Qarabağ bölgəsində humanitar böhran yaratmaqda ittiham etməyə də çalışırdılar. Hətta Ermənistanın havadarlarının dəstəyi ilə bəzi beynəlxalq təşkilatlar və informasiya agentlikləri Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsilli (erməni icması) sakinlərin ərzağa olan ehtiyacları barədə dezinformasiyalar yaymağa başlamış və bununla da Azərbaycana qarşı qarayaxma kampaniyası keçirməyə cəhd göstərmişdilər. Əlbəttə ki, bütün bunlar uydurma cəfəngiyyatdan başqa bir şey deyildi. Lakin bunu dünyaya sübut etmək üçün konkret addımlar atılmalı idi. Həm də təkcə dövlət tərəfindən yox. Antiterror əməliyyatı başlamazdan cəmi bir ay əvvəl - 2023-cü il avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq Qarabağ İqtisadi Rayonunda yaşayan erməni icmasına lazımi humanitar yardımı etməyə hazır olduğunu bildirdi və bu barədə rəsmi bəyanat yayaraq, öz mövqeyini göstərdi. Bunun üçün ilk növbədə həmin ərazilərdə qiymətləndirmə işlərinin aparılması vacib olduğuna baxmayaraq, belə bir imkanın olmaması səbəbindən ilkin olaraq, un məmulatı ilə yardımın edilməsi qərara alındı. Bundan sonra avqustun 29-da Cəmiyyətimizin 2 TIR-dan (ümumilikdə 40 ton) ibarət yardım karvanı yola düşdü. Lakin separatçı rejim bu yardımı qəbul etməkdən imtina etdi. Bu fakt Azərbaycanın sülh və insani dəyərlərə sadiqliyinin, separatçıların isə bölgədə gərginlik yaratmaq niyyətində olduqlarının açıq sübutu idi. Separatçı qüvvələrin yükün çatdırılmasına törətdikləri maneələrə görə AzQAC-ın rəhbər heyəti, əməkdaşları və könüllüləri Rusiya sülhməramlı kontingentinin postu qarşısında qurduqları çadırlarda 29 gün gecələməli olmuşdular. Danışıqlar Rusiya sülhməramlı kontingentin rəhbərliyi ilə AzQAC-ın yardımdaşıyan heyəti tərəfindən aparılırdı. Təəssüf ki, AzQAC-ın ənənəvi tərəfdaşları olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF) bu xeyirxah missiyanın iştirakçısı kimi deyil, müşahidəçi rolunu oynamağa üstünlük vermişdilər. Hətta, AzQAC-ın bu humanitar əməliyyatına siyasi don geyindirməyə çalışmış və birgə bəyanatla bizə müraciət ünvanlamışdılar. Yalnız antiterror əməliyyatı keçirildikdən sonra, sentyabrın 26-da ərzaq yükünün Ağdam-Xankəndi yolu ilə Xocalı şəhərinə aparılaraq təyinatı üzrə təhvil verilməsi mümkün olmuşdu."

Sonda Novruzəli Aslanov AzQAC-ın hər zaman yeni və mütərəqqi çağırışlara hazır olduğunu bildirərək fikirlərini tamamlayıb: "Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədaxili humanitar layihələrin həyata keçirilməsində, xüsusilə icma əsaslı layihələr çərçivəsində ehtiyacların qarşılanması məqsədilə respublikanın müxtəlif bölgələrində həssas qruplara fərq qoymadan zəruri humanitar yardımlar göstərir. Milli cəmiyyətin bu sahədə kifayət qədər təcrübəyə malik əməkdaşları var, xüsusilə beynəlxalq standartlar səviyyəsində hazırlanmış Fövqəladə Mobil Könüllü Dəstələr öz bilik və bacarıqları ilə ilk yardım və digər zəruri humanitar əməliyyatları həyata keçirmək qabiliyyətinə malikdirlər. Eyni zamanda müvafiq hökumət strukturları ilə qarşılıqlı işgüzar əməkdaşlıq barədə memorandumlar mövcuddur və AzQAC fəaliyyəti zamanı əlaqədar qurumlar tərəfindən dəstəklənir. Bu fəaliyyət istiqamətində ənənəvi tərəfdaşlarımızın humanitar dəyərlər və prinsiplər çərçivəsində xoş niyyətləri tərəfimizdən daim yüksək qiymətləndirilir və AzQAC bu sahədə əməkdaşlığa hər zaman açıqdır".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri