Novruzəli Aslanov İsmayıllıda vətəndaşları qəbul etdi FOTOLAR
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin deputatı Novruzəli Aslanov 19 aprel 2025-ci il tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu görüş rayonun Hacıhətəmli kəndində keçirilib. Qəbul zamanı kənd sakinlərini narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusən Hacıhətəmli kəndinin elektrik enerjisi ilə təchizatında müəyyən problemlərin olduğu deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Hacıhətəmli kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.





Baxış sayı:145
Bu xəbər 19 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















