Novxanıdakı partlayış Vüqar Həşimovun ailəsinin evində olub Yenilənir Foto
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Abşeronda fərdi yaşayış evində partlayış olub.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
***
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.
***
Dağıntılar altından 2-ci vətəndaş sağ çıxarılaraq xilas edilib.
Əlavə məlumat veriləcək.
***
APA-nın məlumatına görə, evdə 2 nəfər olub. Onların hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı yaralanan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Dekabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















