Alonso hansı kluba üstünlük verəcək?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xabi Alonsonun “Bayer-04”ün baş məşqçi postundakı aqibətinə aydınlıq gəlib.
O, mövsümün sonunda klubu tərk edəcək. Bu barədə “Daily Mail” qəzeti “Eurosport” kanalına istinadən məlumat yayıb. 42 yaşlı ispaniyalı mütəxəssisin Almaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər olmasına baxmayaraq, o, daha potensiallı klublara getməyə hazırdı. Alonso gələn mövsümdən “Real” və “Bavariya” klublarından birini çalışdıra bilər. İspaniya klubunun prezidenti Florentino Peresin komandanın uğursuzluğu fonunda mütəxəssislə əlaqə saxladığı bildirilir. Həmçinin “Bavariya”da da hər şey sabit olmadığından mütəxəssislə maraqlanırlar.
Alonso “Bayer-04”ü 2022-ci ilin oktyabrından çalışdırır. O, ötən mövsüm Leverkuzen klubu ilə Almaniya çempionluğunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Dekabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















