Icma.az
close
up
RU
“Nümunəvi həyat yoldaşları”: Cütlük 43 ildə 12 dəfə evlənib boşanıb

“Nümunəvi həyat yoldaşları”: Cütlük 43 ildə 12 dəfə evlənib boşanıb

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Qonşularının “nümunəvi həyat yoldaşları” adlandırdığı avstriyalı cütlük böyük qalmaqalın mərkəzindədir.
 

Sfera.az bildirir ki, cütlük ölkənin pensiya sistemindən 326.000 avrodan çox pul çıxarmaq üçün qanuni boşluqdan istifadə edərək 43 il ərzində 12 dəfə evlənib və boşanıblar.


Belə ki, cütlük dul qadınlara yenidən evləndikdən sonra 27 min avro məbləğində birdəfəlik təzminat almağa icazə verən Avstriya qanunundan istifadə edib. 1981-ci ildə ilk dəfə ayrılan qadın dul pensiyası almağa başlayıb. Ancaq bir il sonra o əri ilə yenidən evlənib. Münasibətlərin "barışmaz fikir ayrılıqları" əsas gətirərək, altı il sonra yenidən boşanıblar. Bu, bir sıra uydurma evliliklərin və boşanmaların başlanğıcı olub.
 

Hər yeni evlilik təxminən üç il davam edib, lakin istintaq ər-arvadın birlikdə yaşamağa heç vaxt ara vermədiyini müəyyən edib. Onlar ümumi ev təsərrüfatını idarə etməyə və bir çarpayı paylaşmağa davam ediblər. Qonşulardan və qohumlardan olan şahidlər münasibətlərini “ideal evlilik” kimi təsvir ediblər.
 

Bu sxem, boşanmaların uydurma olmasına baxmayaraq, hər dəfə nikah pozulduqda qadına təzminat almağa imkan verib. Onilliklər ərzində cütlük pensiya fondundan 326 min avrodan çox pul ala bilib.
 

2024-cü ildə pensiya fondu ödənişdən imtina etdikdə cütlük məhkəmədə qərara etiraz etməyə çalışıb. Bununla belə, Avstriyanın Ali Məhkəməsi mart ayında onların boşluqdan istifadəsinin qeyri-qanuni olduğu barədə qərar çıxarıb. Bundan sonra Qraz polisi cütlüyü ciddi fırıldaqçılıqda ittiham edərək istintaqa başlayıb.
Hazırda cütlük yenidən evlidir, çünki onların sonuncu, 12-ci boşanması rəsmi orqanlar tərəfindən tanınmayıb. Bu məsələyə məhkəmənin son qoyacağı gözlənilir.


Aynil
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Dekabr 2024 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see280

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see236

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see218

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see215

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see212

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see211

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see209

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see207

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see206

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see204

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see203

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see203

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see200

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see198

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see195

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see195

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see190

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see179

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri