Icma.az
close
up
RU
Nura Suri aparcılardan şikayətçi etdi KONKRET

Nura Suri aparcılardan şikayətçi etdi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Müğənni Nura Suri aparcılardan şikayətçidir.

KONKRET.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, son vaxtlar niyə efirlərə çıxmamasına belə aydınlıq gətirib:

“Verlişlərə getməməyimin səbəbləri var. Bütün kanallardan dəvət alıram (problem bu deyil). Hətta bayram konsertlərinə də qatılmadım (dəvət aldım). Birinci məni qane etməyən məsələ, verlişlərdə danışılan mövzulardır. İllərdir efirdə eyni mövzuları müzakirə etməkdən bezmişəm və utanıram hətta. Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram. Aparıcılar 3-4 qonaq dəvət edib verilişin yarısını reklamlara həsr edirlər. Qonaqlar sanki boşluğu dolduran maket kimidir. Aparıcılar sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün məşhurlardan istifadə edirlər və çox vaxt onları məsxərə obyektinə çevirirlər (bütün aparıcılara şamil olunmur).

Mən hər hansı bir verlişə çıxıb özümü olduğum kimi tanıtmaq imkanı görmürəmsə, hətta olmadığım kimi tanıdılıb sonra sosial şəbəkələrdə (kəsib-doğrayıb dediklərimi kontekstdən çıxararaq) təhqir olunmaq üçün istifadə edilirəmsə, mənə belə məşhurluq, efir lazım deyil.

Mən öz sosial şəbəkə hesablarımda məni izləyən, dostluğumda olan insanlar üçün yazıb fikirlərimi və gördüyüm işləri paylaşıram. Bu məni qane edir. Hamı tərəfindən sevilmək və qəbul olunmaq kimi arzum, istəyim, kompleksim yoxdur. Uşaqlıqdan hamı kimi olmaq istəməmişəm və olmamışam da. Sevilmək və qəbul olunmaq üçün əmək sərf etməmişəm (çabalamamışam). Məktəbdə oxuduğum ərəfələrdə bəzi dərslər mənə maraqlı olmadığı üçün girmirdim (həndəsə, coğrafiya). Məktəbdə olduğumu bilən müəllimlər məni axtarıb kitabxanada tapırdılar. Dünya ədəbiyyatını o qədər sevirdim ki, bütün kitabları (anlamasam belə) sevə-sevə oxuyurdum. Məni cəzalandıra da bilmirdilər məktəbdə. Çünki dərsdən kitabxanaya qaçırdım (bunun cəzası yox idi). Başqa insanların (yazıçıları nəzərdə tuturam) gözüylə dünyaya baxıb hiss və dərk etmək maraqlı idi. Uşaqlıqdan bu dünyanı tək başına anlamağın çətin olduğunu bilirdim. Kitabları bu səbəbdən sevirdim. İndi də sevirəm.

Məni olduğum kimi təqdim edə biləcək, fikirlərimi kəsib doğramadan olduğu kimi, fərqli mövzuları müzakirə etmək üçün (əlavə qonaq olmadan) verilişə dəvət etmək istəsəniz, gələrəm”.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Yanvar 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri