Icma.az
close
up
RU
Nura Suri: “Həyatda o qədər haqsızlıqlar KONKRET

Nura Suri: “Həyatda o qədər haqsızlıqlar KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hər bir insanın bu həyatda məqsədləri, arzuları olur. Mənim də arzularımın bəziləri həyata keçib, bəziləri isə artıq mümkünsüzdür – vaxtı keçib, düşüncələrim dəyişib. Bir çox insan uğur arxasınca gedir, karyerasında uca bildikcə ucalır. Amma məqsədlərimizə doğru və uğur arxasınca getdikcə nələri qurban veririk, özümüzdə hansı xüsusiyyətləri məhv edirik – heç bunları düşünmüsünüz? Mən də bir çox sənət adamı kimi belə edə bilərdim. Özümü, içimdəki yaxşı xüsusiyyətləri itirməmək üçün uğuru deyil, vicdanımı seçmişəm. Həyatda özümə edə biləcəyim ən böyük yaxşılıq – vicdanımın səsini dinləməyi, rəhm və mərhəmət hissini basdırmamağı, başqa insanlarda sevmədiyim xüsusiyyətləri içimdə öldürməyi bacarmağımdır”.

KONKRET.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.

“Etdiyim bütün səhvlərdən nəticə çıxarıb öz üzərimdə, özümlə mübarizə edərək özümün ən yaxşı versiyamı yaratmağa çalışmağım məni güclü insan edib. Bu həyatda o qədər haqsızlıqlar görmüşəm ki, kənardan baxanlar bunu heç vaxt bilə bilməz, hiss etdirmərəm. Çünki yerimdə bir başqası tam fərqli, əclaf bir insana dönərdi. Bənzəmək istəmədim məni özlərinə bənzətmək istəyənlərə. Özümə bir insan olaraq fəxr edirəm, özümdən razıyam, çünki belə bir insan qalmağı bacardığım üçün çox qurbanlar vermişəm, vaxt sərf etmişəm. Qazana biləcəyim uğurları, maddiyyatı, çox şeyi qurban etmişəm, hətta düşmənlər də qazanmışam. Amma çox rahatam. Özüm özümlə tək qalanda vicdanım məni boğmur. Hətta mənə pislik edənlərə də kin və nifrət bəsləmirəm. Buna görə də özümə hörmətim var. Hər gün özümü daha yaxşı insan modeli etmək üçün öz üzərimdə çalışıram. Öldükdən sonra başqa dünya varsa, bu dünyadan ora özümlə aparmaq istəmədiklərim var. Bu səbəbdən də yorulmuram, sınmıram. Uğur qazanmaq asandır. İnsan qalmaq isə çətin. Mən çətin olanı seçdim”, – müğənni qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Dekabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri