Icma.az
close
up
RU
Nura Suri: “Məcbur edirisiniz ki, buradan köçək?”

Nura Suri: “Məcbur edirisiniz ki, buradan köçək?”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Keçən il Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı təxminən 20-yə yaxın sənətçidən Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsi tərəfindən Fərid bəy vasitəsilə izahat alınmışdı. 

Bu sənətçilərin bir-biri ilə nə dostluğu, nə də tanışlığı var idi. Həmin izahatlar heç bir nəticə vermədi və problemlər həllini tapmadı.Bu il problemlər yenidən davam etdi və bir postun altında yazdığımız şərhdən sonra məsələ saytlar və bir neçə televiziya proqramı tərəfindən işıqlandırıldı. 

Bundan sonra mənə qarşı müxtəlif sayt və səhifələrdə absurd, təhqir, şər və böhtan xarakterli yazılar dərc olundu. Daha sonra məlum oldu ki, haqqımızda qərəzli məqalələr yazan bəzi saytların nazirliklə maliyyə bağlılığı və müqavilələri var. Mən də bunu “Facebook” səhifəmdə paylaşdım.

Bu proseslər fonunda haqqımızda xoş söz yazan insanların inboxuna bizimlə bağlı həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli mesajlar göndərildi: 

“siz bilmirsiniz, filankəs göründüyü kimi deyil” və s. Ardınca qeyri-rəsmi efirlərə “zapret” qoyuldu.

“Cebheinfo.az” xəbər verir ki, bunu nazirliyin ünvanına tənqidi fikirləri ilə son zamanlar gündəmə gələn müğənni Nura Suri deyib.

“Dünən Vüqar Əhməd məsələsi gündəmə gəldi. Sabah nələr olacağını Allah bilir. Bütün bunlar sanki bir “Netflix” serialının ssenarisidir, amma təəssüf ki, deyil , bunlar başımıza gələn real hadisələrdir.

Bu hadisələrdən əvvəl bizi görəndə qucaqlayıb öpən, “sənət dostu” adlandırılan insanlar (əslində dost demək olmaz) qorxularından bir zəng belə edib maraqlanmadılar. Təsəvvür edirsinizmi?

Mədəniyyət Nazirliyinin əməkdaşının etdiyi bu əməlləri cənab Adil Kərimli bilmir, yoxsa görmür? Niyə ölçü götürülmür? Niyə bizi hər yerdə “qara siyahı”ya salmağa çalışırlar? Niyə ictimaiyyətdə haqqımızda həqiqətə uyğun olmayan fikir formalaşdırılır? Məqsəd nədir? Bəzi özəl televiziya kanalları niyə bu mövzuda neytral mövqe tutmurlar? Bu təzyiqləri kim edir və necə edir?

10 dekabr tarixində Mədəniyyət Nazirliyində Elçin bəylə ətraflı söhbətimiz oldu. Nazirlik tərəfindən mənə qarşı heç bir qərəzin olmadığı bildirildi. Mənim və sənət dostlarım üçün məsələ bitmiş hesab olunurdu və bu mövzunu uzatmaq fikrimiz də yox idi. Amma dünən Əli Vəliyevin yaydığı məlumatdan sonra anladım ki, bu məsələ heç vaxt bitməyəcək və təzyiqlər davam edəcək”.

Müğənni “Məcbur edirsiniz ki, buradan köçüb gedək? Nə istəyirsiniz? Niyə problemləri görməzdən gəlirsiniz?

İndiyə qədər hər hansı problemim olanda (hətta qonşudan evimizə su axdığı zaman belə) polisə müraciət etmişəm və hər zaman operativ reaksiya göstərilib, kömək ediblər.

Dünən yazdığım statusda Daxili İşlər Nazirliyini işarələmişdim. Bir saat sonra zəng edib maraqlandılar - sağ olsunlar”,-deyə bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri