Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

“Nurçu islamçı” qüvvələr Türkiyə hakimyyətində üstünlüyü ələ alır TƏHLİL

“Nurçu islamçı” qüvvələr Türkiyə hakimyyətində üstünlüyü ələ alır TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın bugünkü elm, mədəniyyət, incəsənət və digər sahələr üzrə inkişafı, tərəqqisi təsadüfi sayıla bilməz. Bünövrə mövcuddur və bu bünövrənin əsası isə insanlğın yaranma tarixindən qoyulub. Şərqin əksər zəka sahibləri, elm fədailəri, ədəbi dühaları məhz Azərbaycanda yetişib. Orta əsrlər boyunca Şamaxı, Təbriz, Gəncə və Bakı kimi Azərbaycan şəhərləri elmi düşüncənin, mədəni qarşılıqlı əlaqələrin inkişaf etdiyi şəhərlər olmuşdur. Bu baxımdan Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də elm, incəsənət, təhsil və ictimai modernləşmə sahələrinin mövcud olduğu və daim inkişaf etdiyi dövlətlərdəndir.

Hazırda əsası qoyulan siyasət uğurlu nəticələri ilə davam edir. Son vaxtlar təhsil sahəsində yeni, müasir dövrə uyğun atılan addımlar, verilən qərarlar yalnız bir məqsədə xidmət edir, gələcəyimiz olan uşaqlarımız bilikli, savadlı, intellukual səviyyələri yüksək olan uşaqlar kimi böyüsünlər. Təəssüf ki, qəbul edilən dövlət qərarını bəziləri yanlış formada yozmağa, fərqli düşüncədə qələmə verməyə çalışırlar. Bu azmış kimi, gerizəkalı məxluqlar xaricdən aldıqları göstərişlərə uyğun olaraq məktəblərdə dərs prosesini pozmağa cəhdlər göstərirlər. Daha doğrusu, bu istiqamətdə pozuculuq aktları törətməyə cəhdlər göstərildi. Lakin uğursuzluğa düçar oldular. Cəmiyyətin sərt təpkisi, dövlət orqanlarının təsir altında olan valideyinlərlə intensiv söhbətləri, müzakirələri təxribatların davam etdirilməsinin qarşısını aldı. Artıq məktəblərin önündə və dərs zallarında normal proseslər gedir. Yəni sakitlikdi. Azərbaycanda böyük qarşıdurma gözləyən qüvvələr isə hələ də, hay-küylərindədirlər. Xüsusilə də, Türkiyədəki, əmmaməli molla təfəkkürlü ünsürlər Azərbaycana qarşı iç dünyalarının çirkinliklərini ifadə etməkdə davam edirlər. Ehtimallar irəli sürülür ki, Azərbaycana qarşı yönələn sərsəm ittihamların arxasında “Nurçu-islamçı AKP” hakimiyyəti dayanır. Sübut olaraq, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının Azərbaycan haqqında qərəzli, böhtan xarakterli məlumatlar yaymaları göstərilir. Sual olunur, niyə, səbəb nədir? Axı, son günlərə qədər Türkiyə hakimiyyəti Azərbaycana münasibətdə, aparılan siyasətində qardaşlığa, strateji müttəfiqliyə daha çox yer verib və bu istiqamətdə fikirlər səsləndirməkdən dodaqları qabar olub?

Araşdırmalar aparıldığı zaman məlum olur ki, Türkiyə hakimiyyəti tədricən müəyyən səlahiyyətlərindən məhrum olunur. Çünki AKP hakimiyyəti formalaşdırılan zaman Nurçu-islamçı qüvvələrlə koalisiya qurmuşdur. İkincilər əsasən hüquq-mühafizə orqanlarına, xüsusilə də, polis və ədliyyə sisteminə nəzarət edirdilər. Səbəbsiz yerə deyil ki, ədliyyə və daxili işlər nazirləri, eləcə də onların iki müavinləri nurçu-islamçı “dersane”nin məzunlarıdır.

Nurçu-islamçı qüvvələr Türkiyədə iqtidarın dəyişilməsi ilə bağlı müzakirələr aparırlar

Türkiyənin siyasi, ictimai durumunun qarışıq və ziddiyyətli olması ona işarədir ki, yaxın zamanlarda qardaş ölkədə növbəti 2016-cı il 15 iyul hadisələri təkrarlana bilər. Məlumatlara görə, Nurçu-islamçı qüvvələr Türkiyədə iqtidarın dəyişilməsi ilə bağlı müzakirələr aparırlar. Bu barədə, yuxarı dairələrdə məlumatlar olsa da, tədbir görülməsində acizlik göstərilir. Çünki əsas güc mərkəzi hazırda Nurçu-islamçı qüvvələrin əlindədir. Rəcəb Tayyib Ərdoğan komandasına kənarda dayanıb prosesləri sakitcə seyr etmək qalır. Bu isə üzücüdür, biz azərbaycanlıları ciddi narahat edir. Bizlər qanı qanımızdan, canı canımızdan olan qardaşlarımızın bir qrup radikal dini qruplaşmanın fətvası ilə ölkədə fəlakətin yaşadılmasını və qardaşlarımızın əziyyət çəkməsini soyuqqanlı şəkildə izləyə bilməz. Necə ki, 2016-cı il 15 iyul hadisələri zamanı Türkiyədə baş verən dövlət çevirilişinə cəhd zamanı Azərbaycan xalqı böyük narahatlıqla hadisələri izlədi, insanların əziyyət çəkməsindən, şəhərlərin od içində yanmasından üzüldü, sarsıldı.

Ortada olan faktlar və ciddi məlumatlar onu deməyə əsas verir ki, Nurçular Türkiyənin əsas islamçı hərəkatıdır. Onunla baş-başa gəlmək və ya mübarizə aparmaq çətin görünür. Həm də nəzərə almaq lazımdır ki, Nurçuların liderləri Fətullah Gülən ölsə də, onun ideyaları və tövsiyyələri nəinki Türkiyədə, eləcə də, bir sıra bölgələrdə yaşamaqdadır. Məlumatlara görə, Nurçuların tam formalaşmış, hətta müəyyən silahlara malik 100 minə yaxın üzvü var. Onların əksəriyyəti məktəb və universitetlərdə, işçi assosiasiyalarından yetişdirilib. Ümumilikdə, Nurçular Türkiyədə 520, sərhədlərdən kənarda isə 130-a yaxın təhsil müəssisəsinə, o cümlədən müxtəlif fondlara nəzarət edirlər. Onlar yalnız məktəblərdə islamı və öz ideyalarını tədris etmirlər, eləcə də hakimiyyətlərə necə təsir etmək, dövlət aparatlarında hansı yollarla təmsil olunmağı öyrənirlər. Nurcular açıq şəkildə bəyan edirlər ki, islam təkcə beş dəfə ibadət etmək deyil, həm də fəal iş görmək, müxtəlif institutlar, xəstəxanalar açmaq, məktəblər yaratmaqdır. Bic və hiyləgər olan Nurçular çox zaman siyasi iddialarla çıxış etməkdən də çəkinirlər. Hansısa perspektivli siyasi partiyaya və ya siyasətçiyə dəstək göstərməklə öz məqsədlərini reallaşdırmağa çalışırlar. Bu tiplər zamanında AKP-nin hakimiyyətə gəlməsi üçün hər cür dəstəyi göstəriblər. İndi də, “zəhmət haqları”nı tələb edirlər. AKP hakimiyyəti fakt qarşısında qaldıqlarında Nurçu-islamçı qüvvələrin istənilən tələbini yerinə yetirirlər. Bəzi hallarda isə, Nurçular yuxarı hakimiyyət orqanlarının fikrini nəzərə almadan özləri hansısa maraqlarının təmin olunması üçün addımlar atır, işlər görürlər. Azərbaycana qarşı separatçı mövqedən çıxış edib, müəyyən iddialar irəli sürmələri də Nurçuların özəl maraqlarına söykənir. Bu qəbilə təfəkkürlü ünsürlər sosial şəbəkələrdə ölkəmizin əleyhinə Ali Qanunun tələblərinə zidd çağırışlarla çıxışlar edir, dini nifrət məzmunlu böhtanlar paylaşırlar. Təbii ki, bütün bunlar cinayətdir. Haqlı olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirir.

Türkiyə vətəndaşı olan 7 nəfər barəsində həbs qərarı verildi

Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərinin nəticəsi olaraq Türkiyə vətəndaşı olan 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib. İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən Türkiyə Respublikasında yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər: 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya, 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan), 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan, 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı, 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral,1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer, moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu tərəfindən müvafiq olaraq 25 sentyabr-18 oktyabr tarixlərində “X”, “Facebook”, “İnstagram”, “YouTube”, “TikTok” sosial şəbələləri və digər internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq materiallarına əsasən Rıdvan Kaya 3 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, habelə, Rıdvan Kaya və Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan) isə 13 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Səfirliyi qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar, eləcə də, dini radikalizm məzmunlu çıxışlar ediblər.

Sözügedən şəxslər 7 şəxs istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.

Söz yox ki, qərar mütləq icra olunacaq və Türkiyədə oturub, Azərbaycana qarşı dil uzadanların dilləri qanun gücü ilə kəsiləcək. Bununla hesab etmək olar ki, Türkiyə cəmiyyəti də məmnun qalacaq. Çünki sözügedən şəxslər radikal-dini qruplaşmaların əsas icraçıları olduqlarından Türkiyə üçün də təhlükə yaradırlar. Bu məxluqlar tədricən Türkiyəni cahillik, nadanlıq dövrünə sürükləyirlər. Hətta təxirəsalınmaz tədbirlər gösrülməsə, az sonra Türkiyədə fars-molla rejimindən də dəhşətli cahillik dövrünə əsaslanan şəriət qaydaları tətbiq olunacaq. Bu baxımdan AKP hakimiyyəti özündə cəsarət və güc tapmalı, radikal-dini cəmiyyət qurmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə edənləri zərərsizləşdirməlidir. Əks halda Mustafa Kamal Atatürkün qurduğu müasir, demokratik Türkiyənin gələcəyi qaranlıq görünür.

İ.ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri