Icma.az
close
up
RU
Nurəddin Mehdixanlı: Söz insanın həm gücü, həm də məsuliyyətidir

Nurəddin Mehdixanlı: Söz insanın həm gücü, həm də məsuliyyətidir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 avqust, AZƏRTAC

İnsanın dediyi hər söz onun düşüncəsini və dünyagörüşünü əks etdirir. Lakin dilə gətirilən söz artıq yalnız danışana aid olmur, onun cəmiyyətdə müəyyən təsir və nəticələri yaranır. Buna görə də insan söylədiyi fikrin mümkün nəticələrini əvvəlcədən düşünməli, sözünün məsuliyyətini dərk etməlidir. Xüsusilə sosial şəbəkələrdə hər kəsin geniş auditoriyaya müraciət etmək imkanının olduğu bir dövrdə sözə və ifadələrə diqqətli yanaşmaq daha böyük əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı söyləyib. O vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması və söz mədəniyyətinin inkişaf etdirilməsi cəmiyyət üçün mühüm məsələlərdən biridir. Xüsusilə sosial şəbəkələrdə hər kəsin geniş auditoriyaya fikir çatdırmaq imkanı qazandığı bir dövrdə nitqə məsuliyyətli yanaşmaq daha da vacibdir. İnsan söylədiyi hər bir sözün məsuliyyət daşıdığını unutmamalı, danışmazdan əvvəl fikrinin mahiyyətini və mümkün nəticələrini nəzərə almalıdır.

“Sözü ağzında saxla, sonra o səni ovucunda saxlayar” fikrinin mahiyyətinə toxunan sənətçi bunun, ilk növbədə, insanın söylədiyi sözə sahib çıxması ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, insan bir fikri dilə gətirənədək həmin sözə özü nəzarət edir. Lakin söz deyildikdən sonra artıq onun təsiri və yaratdığı nəticələr insanın iradəsindən kənara çıxa bilər. “Yüz ölç, bir biç” ifadəsini xatırladan Xalq artisti qeyd edib ki, insan deyəcəyi sözün nəticəsini əvvəlcədən düşünməlidir. Çünki söz sonradan həm müəyyən problemlərin yaranmasına səbəb ola, həm də insanın cəmiyyətdəki nüfuzuna təsir göstərə bilər.

Nurəddin Mehdixanlı qeyd edib ki, hazırda sosial şəbəkələr vasitəsilə hər kəs öz fikrini geniş auditoriyaya çatdırmaq imkanına malikdir. Lakin bu imkanla yanaşı, ifadə olunan fikrə görə məsuliyyət də artır. Bu gün sosial şəbəkələr vasitəsilə hər kəs söz deyir, fikir bildirir, danışır, amma nə dediyinin fərqində deyil. Bu da cəmiyyətimizdə müəyyən problemlər yaradır. Söz mədəniyyətinin formalaşması yalnız düzgün danışmaqdan ibarət deyil. Burada insanın özünü, milli kimliyini, mənəvi dəyərlərini və cəmiyyət qarşısındakı məsuliyyətini dərk etməsi də mühüm rol oynayır.

“Biz özümüzü tanımalıyıq. Özümüzü tanıyanda sözümüzü tanıyacağıq, sözümüzə sahib çıxmağı bacaracağıq. Sözümüzün əsiri olmayacağıq. Biz ruhumuzun, fikrimizin əsiri olacağıq, dürüstlüyün, elmin əsiri olacağıq”, - deyə müsahibimiz qeyd edib.

Xalq artisti sözlə ehtiyatlı davranmağın vacibliyini vurğulayaraq bildirib ki, insanın dilindən çıxan hər bir ifadə artıq cəmiyyətə yönəlmiş mesajdır. Buna görə də xüsusilə ictimaiyyət qarşısında danışan şəxslər, eləcə də sosial media istifadəçiləri ifadələrinə diqqətlə yanaşmalıdırlar.

“Söz nə qədər ki, deməmisən, onun sahibisən, sən onun ağasısan. Amma deyəndən sonra artıq o sənin ağandır. Sözə münasibətdə məsuliyyətli yanaşmanın formalaşdırılması həm gənc nəslin dünyagörüşünün, həm də ümumilikdə cəmiyyətin nitq və ünsiyyət mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Nurəddin Mehdixanlı bildirib.

Müxbir - Tünzalə Arazlı

Fotoqraf - Orxan Kərimov

Videooperator - Vüsal Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri