“Nurlan” kafesində nöqsanlar aşkarlandı FOTOLAR
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhərinin Şəhriyar qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kavus Lələ oğlu Şiralıyevə məxsus “Nurlan” kafesində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı kafedə texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, divar səthlərinin təmirsiz olduğu və asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, işçi masaların gigiyenik səthə malik olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















