Nüsrəti qapıdan qovdular? Özü aydınlıq gətirdi
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Türkiyəli məşhur aşpaz Nüsrət Gökçə UEFA Çempionlar Liqasının builki qalibi PSJ klubunun şənliyi ilə bağlı iddialara cavab verib.
Globalinfo.az xəbər verir ki, o, qovulduğu barədə məlumatları təkzib edib.
“Çempionlar Liqasının final oyunundan sonra UEFA avtobusu ilə otelə gəldik. Orada olmağımızın səbəbi bizi görmək istəyən minlərlə azarkeş idi. Sıxlığa görə maşınımın qaldığım məkana getməsini gözləyirdim. Dormen qapının qarşısında mənə istiqamət göstərdi. Ümumiyyətlə, həmin məclis dəvət tədbiri deyildi, ona görə də qovulmağım barədə xəbərlər yalandır. Belə xırda şeylərə görə narahat olmayın”, – deyə Nüsrət bildirib.
Bundan əvvəl qeyd olunurdu ki, aşpaz bir sıra futbol klublarının qara siyahısına düşüb və bu səbəbdən tədbirə buraxılmayıb.
Xatırladaq ki, bu mövsüm Çempionlaq Liqasını finalda “İnter”i 5:0 hesabı ilə darmadağın edən PSJ qazanıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















