Nutrisioloq Emil Allahverdiyev: “Real bilik və təcrübəsi olmayan influenserlərin təsir dairəsi məhdudlaşdırılmalıdır”
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nutrisioloq Emil Allahverdiyev bildirib ki, əksər insanlar yalnız qısa müddətdə əldə olunan nəticələrlə öyünür: “Mən “əvvəl–sonra” nəticələri qısa və uzunmüddətli olaraq ayırardım. Təəssüf ki, əksər insanlar yalnız qısa müddətdə əldə olunan nəticələrlə öyünür. Halbuki bu o qədər də çətin deyil - sadəcə olaraq, kalorilərin həcmini kəskin şəkildə azaldırsan və sürətlə çəkini itirirsən. Amma əsas sual budur: bu çəki qoruna biləcəkmi? Müştəri əldə etdiyi nəticədən uzunmüddətli razı qalacaqmı? Bu, artıq böyük sual altındadır.
Qiymət məsələsinə gəlincə, bu daha çox insanların öz imkanlarına və nə qədər ödəməyə hazır olduqlarına bağlıdır. Mən iqtisadçı deyiləm, amma bu fərqli faktorlarla müəyyən olunur”.
Emil Allahverdiyev saxta və həqiqi mütəxəssis fərqini izah edərək vurğulayıb:
Saxta mütəxəssis:- Qorxu üzərindən danışaraq insanları narahat edir;
- Sehrli və ya qeyri-real vədlər verir;
- Metodikasının "unikal" olduğunu iddia edir;
- Əsaslandırılmamış şəkildə məhsul kateqoriyalarını tamamilə qadağan edir.
Həqiqi mütəxəssis:- Qorxulardan marketinq aləti kimi istifadə etmir;
- Müştərini diqqətlə dinləyir və ehtiyaclarına uyğun yanaşma qurur;
- Bilgi sahibi olmadığı sahələrə müdaxilə etmir (məsələn, nutrisioloq qan analizlərini özü şərh etmir, müvafiq həkimə yönləndirir)”.
Emil Allahverdiyiev qeyd edib ki, istənilən sahədə fəaliyyət göstərmək üçün standartlaşdırılmış imtahan və sertifikat tələbi olmalıdır: “Düşünürəm ki, həm dövlət səviyyəsində, həm də sosial platformalar daxilində tənzimləmə mexanizmləri yaradılmalıdır. Real bilik və təcrübəsi olmayan influenserlərin təsir dairəsi məhdudlaşdırılmalıdır. İstənilən sahədə - təkcə nutrisiologiya deyil - fəaliyyət göstərmək üçün standartlaşdırılmış imtahan və sertifikat tələbi olmalıdır. Bu, cəmiyyətin sağlamlığı və maariflənməsi baxımından vacibdir”.
Günel Həsənova, Bizimyol.info
Baxış sayı:91
Bu xəbər 13 Yanvar 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















