Icma.az
close
up
RU
Nüvə professorunu öldürən şəxsin Braun Universitetindəki atışmalarda iştirak etməsi ehtimal olunur

Nüvə professorunu öldürən şəxsin Braun Universitetindəki atışmalarda iştirak etməsi ehtimal olunur

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 13-də Braun Universitetindəki atışmada şübhəli bilinən 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Manuel Neves-Valenti bir neçə gün sonra Massaçusets Texnologiya İnstitutunda (MIT) görkəmli nüvə fizikini güllələyib.

Moderator.az Amerika mətbuatına istinadən xəbər verir ki, cinayət işini araşdıran müstəntiqlər belə bir ehtimal irəli sürüblər.

Xatırladaq ki, nüvə fizikası professoru Nuno Lureyru dekabrın 15-də Bruklindəki evinə hücum nəticəsində həlak olub.

Dekabrın 18-də, axşam saatlarında hüquq-mühafizə orqanları şübhəli şəxsin öldüyünü elan ediblər.

Araşdırma nəticəsində məlum olub ki, Neves-Valentinin hər iki təhsil müəssisəsi ilə birbaşa əlaqəsi olub. O, 2000-ci ilin payızında Braun universitetinin fizika fakültəsinə daxil olub. 2001-ci ilin yazında tələbə məzuniyyəti götürdükdən sonra bir daha ora qayıtmayıb, 2003-cü ildə universitetdən xaric olunub. Sənədlərə əsasən, eyniadlı şəxs 2000-ci ildə Portuqaliyanın nüfuzlu texniki universitetindəki işindən qovulub. Maraqlıdır ki, məşhur nüvə fizikası professoru Nunu Loreyru da həmin Portuqaliya universitetində oxuyub.

42 yaşlı alim dekabrın 15-də, əvvəlki hadisənin baş verdiyi yerdən təxminən 80 kilometr aralıda Massaçusetsdəki evində güllələnərək öldürülüb.

ABŞ-nin Massaçusets dairəsi üzrə prokuroru Nevis-Valentinin hər iki cinayətdə şübhəli olduğunu rəsmən təsdiqləyib.

Braun Universitetində dekabrın 13-də, dərs zamanı baş verən hadisə zamanı iki tələbə ölüb, doqquz nəfər yaralanıb. İstintaq davam edir, motivlər hələ də bəlli deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri