Nüvə radiasiyasına qarşı Azərbaycanda mülki müdafiə tədbirləri həyata keçirilməlidir AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə İrana qarşı yeni hücum planını müzakirə etdiyini açıqlayıb.
Qeyd edək ki, bu ilin iyununda baş vermiş 12 günlük İsrail-İran müharibəsi zamanı yəhudi dövləti İrandakı nüvə obyektlərinə zərbə endirib. Son olaraq iyunun 22-də ABŞ “B-2” bombardmançı təyyarə ilə və sualtı qayıqlardan İranın əsas nüvə infrastrukturu obyektlərinə (Fordo, Natanz və İsfahan) zərbələr endirib.
Müharibənin gedişi zamanı nüvə obyektlərinin hədəf alınması təbii olaraq dünya ictimaiyyətində, xüsusilə bölgə dövlətlərində narahatlıq yaradıb. Çünki hər an baş verəcək radiasiya sızıntısı ətraf ölkələrə də təsir edəcəkdi.
İndi Netanyahunun İrana qarşı yeni hərbi hücum planını Trampla müzakirə etməsi ona əsas verir ki, bu iki ölkə yenidən cənub qonşumuza qarşı müharibə aparsa, o zaman nüvə obyektlərinə təkrar hücumlar hər an radiasiya təhlükəsi yarada bilər. Bu isə təbbi olaraq Azərbaycan vətəndaşlarını da narahat edir.
Eyni zamanda, nüvə dövləti olan şimal qonşumuz Rusiyanın da hazırda Ukrayna ilə müharibə apardığını və gələcəkdə Avropanın nüvə ölkələrinin də bu müharibəyə qoşulma ehtimalını göz önünə gətirdikdə, nüvə silahlarından, eləcə də digər kütləvi qırğın silahlarından istifadə ediləcəyi təqdirdə radiasiya təhlükəsi gözləniləndir.
Bəs Azərbaynada nüvə müharibəsinə, radiasiyaya qarşı necə maarifləndirmə işləri aparılmalıdır, ölkəmiz hansı təhlükəsizlik tədbirlərini görməlidir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirdi ki, müharibə gedən ölkələrdə nüvə silahından istifadə olunması məntiqsizdir:
"Amma yenə də nüvə təhlükəsi hər zaman mövcuddur. Silahlar nə vaxtsa yaradılıb, bu gün də yaradılır və müxtəlif mərhələlərdən keçirilir. Bu təhlükə təkcə Azərbaycanla bağlı deyil, ümumiyyətlə baş verərsə, hər hansı bir regiona təsir göstərə və həmin regiona yayıla biləcək radiasiya dalğası yarada bilər. Ona görə də düşünürəm ki, məhz bu amillər nəzərə alınaraq mülki müdafiə tədbirləri, yəni vətəndaşların qorunması üçün mülki müdafiə tədbirləri həyata keçirilməlidir".
Onun sözlərinə görə, vətəndaşların mülki müdafiə ilə bağlı məlumatlandırılması təmin olunmalıdır:
"Belə hallardan qorunmaq üçün müvafiq tədbirlər, profilaktik tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, Fövqaladə Hallar Nazirliyi tərəfindən əleyhqazların paylanılması da mümkündür. Təbii ki, bunun büdcə tərəfi, maliyyə məsələləri və qarşılanması çətin prosesdir, bu prosesin həyata keçirilməsi asan deyil. Amma konkret məntəqələr müəyyən edilərək, həmin məntəqələr vasitəsilə əleyhqazlar paylana bilər. Sığınacaqların yaradılması da vacibdir. Bu gün Bakı metrosunun böyük hissəsi artıq mülki obyekt kimi istifadə olunur, mən təbii ki, yeraltı hissəni nəzərdə tuturam. Amma həmin sığınacaqların öz parametrləri var və bu parametrlər əsasında sığınacaqlar formalaşdırılmalıdır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Dekabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















