Icma.az
close
up
RU
Nüvə razılaşmasına qayıdış oyunu: Tehran Vaşinqtonu aldada biləcəkmi?

Nüvə razılaşmasına qayıdış oyunu: Tehran Vaşinqtonu aldada biləcəkmi?

News24 saytına istinadən Icma.az xəbər verir.

"Tehranın indi ümidi Moskva və Pekinədir".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, İran, Rusiya və Çin təmsilçiləri İranın nüvə proqramını müzakirə etmək məqsədilə Tehrana toplaşıblar.

"İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai bildirib ki, üçtərəfli görüşdə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın sanksiyaları müzakirə olunacaq. İyulun 25-də isə İstanbulda İran və Avropa üçlüyü – Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri arasında nüvə proqramı ətrafında böhranın tənzimlənməsi məsələləri üzrə danışıqların yeni raundu keçiriləcək.

Tehran nüvə proqramı ilə bağlı 2025-ci il razılaşmasına qayıtmaq istəyir. Buna görə də Tehranın Moskva və Pekinlə koordinasiyasına ehtiyac var. Məsələ burasındadır ki, həmin razılaşmada Rusiya və Çinin də imzası var. Tehran ümidlidir ki, Vaşinqton yeni razılaşmanın imzalanması üçün daha sərt tələblər irəli sürdükdə, Moskva və Pekin həmin tələblərin reallaşmasına imkan verməyəcəklər. Tehran köhnə razılaşmanı yerinə yetirməyə hazır olduğunu bildirib. Əslində Avropa İttifaqı bunun əleyhinə deyil, sadəcə bu məsələdə əsas söz sahibi Vaşinqtondur. Ağ Ev sahibi Donald Tramp “yox” deyəndən sonra Avropa ölkələri yeni sazişin imzalanmasını sürətləndirə bilməyəcəklər. Ona görə də Tehranı Avropa “üçlüyü” ilə görüşünün elə böyük əhəmiyyəti yoxdur. Əsas məsələ Vaşinqtonu inandırmaqdır ki, İran uranı nüvə silahı əldə edəcək səviyyədə zənginləşdirməyəcək. Buna nail olmaq isə çətin məsələdir. Çünki, Vaşinqton İsrailin də maraqlarını nəzərə alacaq. Tel-Əviv isə əvvəlkitək İranla hər hansı razılaşmanın əleyhinədir", deyə Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Moskva və Pekin İranı dəstəkləsələr də, nüvə proqramı məsələsində Tehran kömək edə bilməyəcəklər:

"İsrail və ABŞ İranın nüvə mərkəzlərinə zərbələr endirdikdə Moskva və Pekinin Tehrana köməyi dəymədi. Moskva və Pekin İrana endirilən zərbələri qınayan açıqlamalar yayımladılar. Bununla da işlərini bitmiş saydılar. Digər tərəfdən Moskva ilə Pekinin Vaşinqtonla münasibətlərdə başqa problemləri var. Tramp rusiyalı həmkarı Vladimir Putinə Ukraynaya qarşı müharibəni dayandırmaq üçün 50 gün vaxt tanıyıb, həmin müddətin bir həftəsi artıq geridə qalıb. Çin isə Rusiyadan neft almaqda davam edərsə, onu da Vaşinqtonun sanksiyaları gözləyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri