Icma.az
close
up
RU
Nüvə təhlükəsizliyi ilə bağlı birgə təlim keçirilib

Nüvə təhlükəsizliyi ilə bağlı birgə təlim keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

9-12 sentyabr 2025-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamenti Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) ilə birgə “Böyük ictimai tədbirlərin nüvə təhlükəsizliyinin həyata keçirilməsi” mövzusunda təlim keçirib.

Məlumatı FHN mətbuat xidməti verib. 

Təlimin keçirilməsində məqsəd kütləvi tədbirlər, o cümlədən Bakıda keçiriləcək “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi” zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasına dəstək, əlaqəli qurumların əməkdaşlarının nüvə və radiasiya təhlükəsizliyi üzrə nəzəri biliklərinin artırılması, eləcə də “Böyük ictimai tədbirlər üçün nüvə təhlükəsizliyi” Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxal edilən cihazlardan istifadə qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Təlimin ilk günü çıxış edən NRFTDA-nın rəisi Murad Paşayev tədbirin əhəmiyyətindən danışıb, bu istiqamətdə göstərilən dəstəyə görə AEBA-ya təşəkkür edib.

Dinləyici qismində FHN-in aidiyyəti strukturlarının əməkdaşlarının iştirak etdiyi təlimdə Birləşmiş Ərəb Əmirlikləri və Fransa təcrübəsini təqdim edən AEBA ekspertləri Azərbaycanda böyük kütləvi tədbirlər zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsini yüksək qiymətləndirdiklərini bildiriblər.

AEBA ekspertləri tərəfindən əməkdaşlara mövzu ilə bağlı geniş məlumat verilib, habelə müvafiq cihazlardan istifadə qaydaları barədə zəruri təqdimatlar edilib.

İnteraktiv formada keçirilən təlim zamanı suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, təlim çərçivəsində AEBA mütəxəssisləri “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi” nin baş tutacağı Bakı Şəhər Halqasında və “Baku Crystal Hall”da olub, ərazidə radioloji təhlükəsizliklə bağlı görülən işlərə yerində baxış keçiriblər.

P.Əmircanov
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri