Nvidia İsraildə tibbi və elmi araşdırmalar üçün yeni AI qrupu yaradır
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Nvidia" İsraildə süni intellektdən istifadə etməklə tibbi və elmi araşdırmaları sürətləndirməyə yönəlmiş yeni tədqiqat qrupu yaradıb.
Qaynarinfo "Calcalist"a istinadən xəbər verir ki, “Applied AI Architecture” adlı qrup "Nvidia"nın İsraildəki inkişaf mərkəzində fəaliyyət göstərir və şirkətin qlobal texnologiyalar üzrə baş direktoru Maykl Kaqanın rəhbərlik etdiyi CTO ofisinin tərkibində çalışır.
Qrup artıq İsraildə bir neçə tədqiqatçı ilə fəaliyyətə başlayıb. Şirkət qarşıdakı il ərzində komandaya daha onlarla mütəxəssis cəlb etməyi planlaşdırır.
Qrupa “Technion”da süni intellekt üzrə doktorluq dərəcəsi almış, daha əvvəl “Intel”, “GE” və “Huawei”də çalışmış Nati Daniel rəhbərlik edir.
Yeni komandanın əsas məqsədi süni intellekti yalnız mövcud proseslərin avtomatlaşdırılması üçün deyil, elmi və tibbi kəşflərin sürətləndirilməsi üçün tətbiq etməkdir. Tədqiqatların bir hissəsinin gələcəkdə "Nvidia"nın texnologiyalarına inteqrasiya edilə biləcək həllərə çevrilməsi nəzərdə tutulur.
Layihə vasitəsilə xəstəliklərin qarşısının alınması, diaqnostikanın təkmilləşdirilməsi və fərdiləşdirilmiş tibbi yanaşmalar üçün yeni imkanların müəyyənləşdirilməsi planlaşdırılır.
Digər istiqamətlərdən biri isə yeni materialların kəşfi və hazırlanması üçün süni intellekt alətlərinin yaradılmasını nəzərdə tutan “GENMAT” beynəlxalq tədqiqat təşəbbüsüdür. Layihə aviasiya, avtomobil və əczaçılıq sənayelərində istifadə oluna biləcək materialların hazırlanmasına fokuslanır və Avropa İttifaqının Horizon proqramından təxminən 6 milyon avro qrant alıb.
Yeni tədqiqat qrupunun yaradılması "Nvidia"nın İsraildəki fəaliyyətinin genişləndirilməsinin növbəti mərhələsi kimi qiymətləndirilir. Şirkətin ölkədəki inkişaf mərkəzi qlobal tədqiqat və inkişaf fəaliyyətlərində getdikcə daha böyük rol oynayır.
Şəbnəm İbrahimxəlilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 23 Sentyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















