Icma.az
close
up
RU
NYT: “Niyə Moskva İrana kömək etmədi?”

NYT: “Niyə Moskva İrana kömək etmədi?”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, bu kontekstə “The New York Times (NYT)” nəşri İranın Ukraynadakı müharibənin ilk aylarında “Şahed” kamikadze dronlarını tədarük etməklə və Rusiyada onların istehsalı üçün zavodun tikintisinə kömək göstərməklə Kremlə dəstək verməkdə əsas rol oynadığını xatırladır.
“Bu ilin əvvəlində iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Lakin cəmi beş ay sonra İranın İsraillə böyük müharibə təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Rusiya telefon danışıqları və qınama bəyanatları ilə məhdudlaşıb”, - qəzet yazır.
Hətta İranın nüvə və enerji obyektlərinə endirilən zərbələrdən və yüksək rütbəli hərbçilərin ölümündən sonra da Moskva hələ də konkret yardım təklif etməyib. Bu, Rusiyanın on il əvvəl Bəşər Əsəd adından açıq şəkildə müdaxilə etdiyi Suriyadakı hərəkətlərinə diametral şəkildə ziddir.
- Belə təmkinliliyə səbəb təkcə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi deyil, həm də siyasi hesablamalardır. Moskva ABŞ və İsraillə birbaşa toqquşmaya hazır deyil. Bundan əlavə, onun üçün İranın gücləndirilməsində maraqlı olmayan və Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edən regionun digər oyunçuları - BƏƏ və Səudiyyə Ərəbistanı ilə münasibətləri saxlamaq vacibdir”, - ekspertlər vurğulayırlar.
Analitiklərin fikrincə, əslində Tehranın nüvə silahı əldə etməsini istəməyən Moska, eyni zamanda münaqişənin gərginləşməsi nəticəsində neftin bahalaşmasından da faydalanır.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İran ərazisinə, o cümlədən hərbi zavodlarına, hava hücumundan müdafiə (HHM) sistemlərinə və nüvə obyektlərinə silsilə zərbələr endirib. Zərbə nəticəsində onlarla İran generalı, SEPAH-ın rəhbərliyi və yksək rütbəli zabitləri öldürülüb. İranın Ali dini lideri Ayətullah Əli Xameneyi bu hadisəyə sərt cavab vəd edib.
Rusiya zərbələri pisləyib və vasitəçilik etməyə hazır olduğunu bildirib. Lakin Avropa İttifaqı (Aİ) Rusiyanın beynəlxalq hüququ pozduğunu xatırladaraq buna qarşı çıxıb.
Bundan əvvəl “The Washington Post (WP)” nəşri Rusiya elitasının hazırkı eskalasiyanın Moskvanın Yaxın Şərqdəki əsas müttəfiqi Tehran üçün fəlakətə çevrilə biləcəyini anladığını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 İyun 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri