Icma.az
close
up
RU
İran Əsəd rejiminə niyə kömək etmədi? ŞƏRH

İran Əsəd rejiminə niyə kömək etmədi? ŞƏRH

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Maraqlıdır, niyə İran Əsəd rejiminə kömək etmədi?
Politoloq Tofiq Abbasov AzVision.az -a bildirib ki, vəziyyət gözlənilməz tərzdə gərginləşəndə Bəşər Əsəd Tehrana yox, Moskvaya üz tutdu:
"Moskvaya gedərək faktiki olaraq Rusiyadan kömək vədini aldı. Amma İran gözləyirdi ki, onlara da müraciət olacaq. Hətta İran bildirmişdi ki, onlar qoşun göndərməyə də hazırdır. Amma bütün bunlar baş vermədi. Digər tərəfdən Bəşər Əsədin ailəsində artıq fikir ayrılıqları var idi. Ən böyük anlaşılmazlıq Əsədin həyat yoldaşı Əsmayla, qardaşı Mahirin arasında idi. Mahir ilk komandirlərdəndir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsgərləri ilə birlikdə fəaliyyət göstərirdi. Onlar 2011-2017-ci illər arasında İŞİD-ə qarşı birlikdə mübarizə aparırdılar.
İran rəsmiləri öz açıqlamalarında bildirirlər ki, Bəşər Əsədi əsas hədəfin İdlib olduğu haqqında məlumatlandırıblar. Oranı gücləndirməsini və qoşunları cəmləşdirməsini deyiblər. Ancaq İran tərəfinin dediyinə görə, Bəşər Əsəd lazımi tədbirləri görməyib və müqaviməti dayandırıb".
Politoloq onu da qeyd edib ki, Suriyada uzun müddət sabitlik olmayacaq.
"Vəziyyət son dərəcə gərgindir. Çünki orada hakimiyyətə göz dikənlərin sayı həddən artıq çoxdur. Amerika Birləşmiş Ştatlarının fəallığı artacaq. Digər tərəfdən, Türkiyənin də. İsrail artıq öz qoşunlarını irəli sürür ki, Suriya ərazisindən Livana, Hizbullaha gələn dəstək xətləri, dəhlizləri bağlanılsın.
Baas dövrünün sonu: Suriya bundan sonra necə dəyişəcək? Düşünürəm ki, daha çox Suriyada federativ dövlətin formalaşması ehtimalı güclənəcək. Çünki faktiki olaraq orada xristian, ələvi azlıqları var. Sünnülərin sayı çoxdur. Amma bir həqiqət var. Dəniz bölgəsinə kim tez yiyələnəcəksə, Suriyanın açarı da onda olacaq. İsrailin də özünün iddiaları var. İsrail cənub-şərq tərəfdən öz mövqelərini bərkitməyə çalışacaq. Hələ ki İranın bu proseslərdə iştirakı özünü əks etdirməyəcək. Çünki İran, Hizbullah və Rusiya demək olar ki, zəiflər dəstəsini formalaşdırdı. Bu, məğlub olmuş tərəflərdir. Onlar yeni taktika və strategiya üzərində düşünməli olacaqlar.
Amerika Birləşmiş Ştatlarının da iştirakı bir qədər zəifdir. Çünki orada yanvar ayının 20-ə qədər hakimiyyət transferi baş verəcək. Ancaq bu o demək deyil ki, Suriya problemi həllini tapandan sonra Yaxın Şərqdə hər şey sabitləşəcək. Xeyr, bu, böyük Yaxın Şərq müharibəsinin bir tərkib hissəsidir".
Həmidə İbrahimova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri