Nyu Yorkda fövqəladə vəziyyət elan edildi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Nyu-York ştatında qızılca xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyinin yaydığı məlumatda Nyu-York qubernatoru Keti Hokulun imzaladığı sərəncama istinadən bildirilib.
Sərəncamda qeyd olunur ki, qubernator davam edən qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Məlumata görə, cari ildə ştatda 108 qızılca hadisəsi qeydə alınıb. İyulun 15-dən etibarən Nyu-Yorkun 18 dairəsində 92 yoluxma halı aşkarlanıb.
Qonşu Pensilvaniya ştatında isə 977 qızılca hadisəsi qeydə alınıb. Yoluxmaların əhəmiyyətli hissəsi Nyu-Yorkla sərhəddə yerləşən kənd dairələrinin payına düşüb.
Qubernatorun sərəncamına əsasən, qızılca, parotit və məxmərək əleyhinə hər bir peyvənd barədə məlumat 72 saat ərzində ştatın və ya Nyu-York şəhərinin immunizasiya reyestrinə daxil edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Oktyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















