Nyu Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 12 oktyabr, AZƏRTAC
ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qala-konserti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan tədbir Nyu-Yorkun dünyaca məşhur Linkoln Mərkəzində baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, gecədə Azərbaycanın və Türkiyənin BMT yanında daimi nümayəndəliklərinin təmsilçiləri, diplomatlar, sənətsevərlər və yerli icmanın üzvləri iştirak ediblər.
Müxtəlif ölkələrdən bəstəkarların qatıldığı müsabiqənin yekun konsertində türk xalqlarının musiqi irsindən ilhamlanaraq bəstələnmiş yeni əsərlər səsləndirilib. Proqramda ənənəvi musiqinin müasir bəstəkarlıq yanaşmaları ilə təqdim olunması dinləyicilərin böyük marağına səbəb olub.
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Əməkdar artist, tanınmış pianoçu Nərgiz Əlyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Qara Qarayev və Fikrət Əmirovun əsərlərindən parçalar ifa edib.
Münsiflər heyətinin qərarına əsasən, Şafak Alıcıoğlu (Türkiyə) birinci, Federico Beilinson (Argentina) ikinci, Xun Wang (Çin) isə üçüncü yerə layiq görülüb.
Qala-konsert çərçivəsində “Itzhak Mavashev” Fondunun təsis etdiyi “Tənqidçilərin seçimi” (“Critics’ Choice Award”) xüsusi mükafatı da təqdim olunub. Milli və mədəni kimliyi parlaq şəkildə əks etdirən müasir bəstəkarlıq nümunələrinə görə verilən mükafata Türkmənistandan olan bəstəkar Rovshen Nepesov layiq görülüb.
Baxış sayı:183
Bu xəbər 12 Oktyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















