Icma.az
close
up
RU
“Nyukasl” 70 ildən sonra kubok qazandı!

“Nyukasl” 70 ildən sonra kubok qazandı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Slot üçün qara mart davam edir.

“Liverpul” Çempionlar Liqasında mübarizəni dayandırmağın ardından daha bir tituldan əlini üzdü. “Nyukasl” elə ilk dəqiqələrdən daha maraqlı, hədəfinə doğru can atan komanda təsiri bağışladı.
Fəal şəkildə pressinq edən, müntəzəm standart vəziyyətlər yaradan, kəskin hücumlar quran “sağsağanlar” fasilə ərəfəsində hesabı açdı. Bern Trippyerin növbəti künc zərbəsindən asmasını uğurla tamamladı. Oyun canlanandan sonra İsak da fərqləndi – ancaq hakimlər briqadası ofsayd qeydə aldı. İsveçli bombardir 52-ci dəqiqədə artıq qaydalar çərçivəsində fərqləndi. İsak hissənin ortalarında intriqanı tam öldürə bilərdi. Ancaq Kelleherlə mübarizədən məğlub ayrıldı.
Nəticədə “qırmızılar”ın ümidləri bir qədər artıq yaşadı. Yalnız uzatma dəqiqələrində qollardan birinin əvəzini çıxmaq mümkün oldu. Sonradan meydana çıxan iki futbolçu – Elliott və Kyeza həmin qolu təşkil etdi. Hesabı bərabərləşdirmək üçün mersisaydlıların nə gücü qalmışdı, nə də vaxtı. Qələbə hesabını qoruyan “Nyukasl” muzeyinə mükafat apardı. ÇL-ə vəsiqə uğrunda da mübarizəni davam etdirən Eddi Haunun komandası üçün ciddi uğurdu. “Liverpul” isə indi yalnız premyer-liqada çempionluğu qazanmaq haqda düşünməlidi. Düzdü, “qırmızılar”la izləyiciləri arasında xal fərqi yetərincə böyükdü.
Ümumiyyətlə, “Nyukasl” son 70 ildə ilk böyük titulunu qazandı. “Sağsağanlar” 1954/55 mövsümündə ölkə kubokunda qələbəni bayram etmişdi. Onların 2006-cı ildə İntertoto kubokunu qazandığını, 2016/17 mövsümündə isə çempionşipin qalibi olduğunu da xatırladaq.
final
Liverpul – Nyukasl 1:2 (0:1)

Liverpul: Kelleher, Kuansa, Konate (Cons, 57), Van Diyk, Robertson, Makallister (Qakpo, 67), Qravenberx (Kyeza, 74), Soboslai, Dias (Elliott, 74), Jota (Nunyes, 57), Salah.
Nyukasl: Poup, Trippyer, Şer, Bern, Livramento, Gimarayns, Tonali, Joelinton, Mörfi (Kraft, 90), İsak (Uilson, 80), Barns (Uillok, 82).
Qollar: Bern, 45 (0:1). İsak, 52 (0:2). Kyeza, 90+7 (1:2).
Vərəqələr: Poup, 90. Tonali, 90+9 - sarı.
Hakim: Con Bruks.
16 mart. London. 88513 tamaşaçı.
Fakt
Salah “Liverpul” karyerasında ilk dəfə 90 dəqiqə meydanda olduğu oyunda nə bir qol vəziyyəti yaratdı, nə də bir zərbə vurdu. 32 yaşlı misirli cari mövsümdə keçirdiyi 43 oyunda 32 qol vurub, 22 məhsuldar ötürmə verib.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Oyun rəqibin istədiyi kimi keçdi. Onlar məhz belə oyuna can atırdılar. Biz heç cür öz ritmimizi yaxalaya bilmədik. “Nyukasl” çox aqressiv oynadı, yaxşı müdafiə olundu. Rəqibin qələbəni haqq etdiyini deməliyəm”.


Eddi Hau, “Nyukasl”ın baş məşqçisi:

“Bütün gün həyəcanlıydım, özümə bənzəmirdim. Ortaya nəyin qoyulduğunu bilirdik, bu mükafatı qazanmaq, azarkeşlərimizə qürurlanmaq üçün əsas vermək istəyirdik. Oyundan və nəticədən razıyam – qələbəni haqq etdik. “Liverpul”un qolundan sonra çətinlik çəkdik. Mən artıq əlavə vaxt haqda düşünməyə başlamışdım”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Mart 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri