Icma.az
close
up
RU
“O, 50 metrdən epizoda müdaxilə etdi”

“O, 50 metrdən epizoda müdaxilə etdi”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasının XI turunun “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Yəqin ki, bu gün əzmkar oyun keçəcəyi hamıya bəlli idi. Qarşımızda təhlükəli komanda var idi. Hücum potensialı ən təhlükəli komandalardan birinə qarşı oynayırdıq. Əks-hücumlarda da təhlükəlidirlər, cinah asmaları təhlükəlidir. Hamısını nəzərə almışdıq. Futbolçularım əzmkarlıq göstərdi. Demək olar ki, rəqibə qol epizodu vermədik. Komandam çox diqqətli oldu və peşəkarlıqla hücumların qarşısını alırdılar. 60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Ona qədər bərabər mübarizə şəraitində oyun keçirdi. 100 faizli olmasa da, qol epizodlarımız oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Sadəcə rəqib qapıçı, müdafiəçilər etibarlı idilər. Uduzsaydıq da, futbolçularımın davranışından razı idim. Bu şəkildə davam etməliyik. 

– Hakimliyi bəyəndiniz?
– Birinci hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini dedi. O, 50 metrdən epizoda müdaxilə etdi. VAR sistemi var. Epizodda “qırmızı”lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi, hamımız emosional olduq. Oyunun sonunda foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma “Turan Tovuz” standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur.

– Tiaqo Silva start heyətinə qayıtdı. Bunun xüsusi səbəbi var idi?
– Plan iki oyunluq idi. Aydın Bayramova şərait yaratdıq ki, oyun praktikasını düzəltsin. Milli komandada start heyətində meydana çıxmaq üçün qapıçılarda rəqabət var. Milli və Aydın bizim üçün dəyərlidir. Bizdə 1-ci və 2-ci qapıçı arasında uçurum yodur. Tiaqoya da demişdik ki, belə olacaq. Öncədən də bilinirdi ki, bu gün qapıda Tiaqo olacaq.

– Bu gün topa ilk toxunuşu Tamerlan Burcəliyev etdi. O, futbolçu karyerasını erkən bitirdi və indi məşqçidir. Niyə bu cür qərar verib?
– Məşqçiliyi seçməsi öz qərarıdır. Müdrik qərar verdi. Erkən başlaması məşqçilik karyerası üçün də yaxşıdır.

– Əvvəlki mövsümlərdə “Zirə”də qələbəsizlik seriyası yaranırdı. Nələri dəyişdiz ki, indi bu cür seriya yoxdur?
– Çempionatın ortasında belə ssenarilər oldu. Amma heç kim zəmanət verməyib ki, indi olmayıbsa, gələcəkdə də olmayacaq. Daha çox özümü təhlil edirdim ki, niyə elə perioda düşürdük. Bu il daha çox motivasiya olduq, daha çox öz işimizin üzərində çalışdıq ki, futbolçulara yanlış enerji getməsin. Futbolçular başa düşür ki, builki çempionat əvvəlki kimi deyil. Futbolumuz inkişaf edir. Bu da bizi sevindirir. Amma nəticə qazanmaq da çətinləşir. Futbolçular da bunu düzgün təhlil edirlər ki, 7-ci pillə ilə 2-ci pillə arasında proqnoz vermək olmur. Çempionluğa da aiddir. Hiss edirəm ki, bu mübarizə sona qədər belə gedəcək.

Şahin Cəfərov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Noyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri