Kartofu soyuq, yoxsa qaynar suya tökmək lazımdır?
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kartof bişirmək sadə görünsə də, bir çox insan bu prosesdə eyni səhvə yol verir. Mütəxəssislərin sözlərinə görə, kartofun dadlı və düzgün bişməsi üçün onun hansı temperaturda suya qoyulması böyük əhəmiyyət daşıyır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dörd peşəkar aşpaz kartofun qaynar deyil, soyuq suya qoyularaq bişirilməsini tövsiyə edib. Mütəxəssislər bu məsələdə həmfikirdirlər. Onların fikrincə, suyun tədricən qızması istiliyin kartofun daxilinə bərabər şəkildə yayılmasına imkan verir. Əgər kartof birbaşa qaynar suya atılarsa, onun xarici hissəsi daxilindən daha sürətlə bişməyə başlayır. Nəticədə kartofun üst qatı həddindən artıq yumşala, içərisi isə çiy qala bilər. Bu da kartofun formasını itirməsinə və dağılmasına səbəb olur.
Aşpazların sözlərinə görə, düzgün bişirmə üsulu yalnız kartofun dadına deyil, həm də quruluşuna təsir göstərir. Xüsusilə kartof püresi, salat və digər yeməklər hazırlanarkən bu məqama diqqət yetirmək vacibdir. Çünki belə yeməklərdə kartofun yaxşı bişməsi, eyni zamanda dağılmadan formasını saxlaması tələb olunur.
Kartofu necə düzgün bişirmək olar?
Mütəxəssislər kartof bişirərkən bir neçə sadə qaydaya əməl etməyi məsləhət görürlər. İlk növbədə kartofu eyni ölçüdə doğramaq lazımdır. Bu, bütün hissələrin bərabər şəkildə bişməsinə kömək edir. Doğranmış kartofları bişirməzdən əvvəl yumaq da tövsiyə olunur. Beləliklə, onların səthindəki artıq nişasta təmizlənir. Daha sonra kartofların üzərinə soyuq və duzlu su əlavə edilməlidir.
Su kartofların səthindən təxminən 2,5 santimetr yuxarıda olmalıdır. Duz kartofun hər tərəfinin bərabər şəkildə dadlanmasına kömək edir. Su qaynamağa başladıqdan sonra ocağın temperaturunu azaltmaq lazımdır. Kartof zəif odda, yüngül qaynayan suda bişirilməlidir. Çünki suyun həddindən artıq güclü qaynaması kartofların dağılmasına səbəb ola bilər.
Bişmə müddəti isə kartofun ölçüsündən asılıdır. Təxminən 2,5-5 santimetr ölçüdə doğranmış kartofları su qaynadıqdan 10 dəqiqə sonra yoxlamağa başlamaq olar. Daha iri doğranmış kartoflar və bütöv bişirilən kiçik kartoflar isə 15-20 dəqiqə, bəzən daha uzun müddətdə hazır ola bilər. Aşpazlar bildirirlər ki, əsas meyar vaxt deyil, kartofun yumşaqlığıdır. Bıçaq və ya çəngəl kartofun ortasına asanlıqla daxil olursa, deməli, o, artıq bişib.
Kartofu hansı hallarda qaynar suya tökmək olar?
Mütəxəssislərin sözlərinə görə, kartof püresi, salat və ya adi qarnir hazırlayarkən bişirməyə soyuq su ilə başlamaq daha məqsədəuyğundur. Lakin bəzi istisnalar da mövcuddur. Məsələn, sonradan başqa üsulla bişiriləcək kiçik kartofları və ya doğranmış kartof hissələrini qısa müddət ərzində pörtmək üçün qaynar suya salmaq olar. Digər hallarda isə soyuq sudan istifadə kartofun bərabər bişməsini, uyğun yumşaqlıqda qalmasını və vaxtından əvvəl dağılmamasını təmin edən ən etibarlı üsullardan biridir. Beləliklə, aşpazların fikrincə, kartof bişirərkən ən çox yol verilən səhvlərdən biri onu birbaşa qaynar suya atmaqdır. Sadə bir qaydaya əməl etməklə həm kartofun dadını, həm də görünüşünü qorumaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 23 Noyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















