“AllAllFinance” səhmlərini satışa çıxarır 205 min manat cəlb edəcək
Marja.az saytına istinadən Icma.az xəbər verir.
“AllAllFinance” ASC səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə hazırlaşır. Şirkət hər birinin ilkin satış qiyməti 410 manat olan 500 ədəd səhm təklif edəcək.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, səhmlərin ümumi buraxılış həcmi 205 min manat təşkil edir.

BFB-nin Listinq Komitəsinin 23 noyabr 2026-cı il tarixli qərarı ilə “AllAllFinance” ASC-nin səhmlərinin ticarətə buraxılmasına icazə verilib.
Şirkətin səhmlərinə abunə yazılışı 25 noyabr 2026-cı il tarixində başlayacaq və dekabrın 4-dək davam edəcək. Qiymətli kağızların yerləşdirilməsi isə dekabrın 7-də həyata keçiriləcək.
Emissiya çərçivəsində 500 ədəd sənədsiz, adlı, adi səhm satışa çıxarılacaq. Hər bir səhmin ilkin ticarət qiyməti 410 manat müəyyən edilib.
Səhmlərin dövlət qeydiyyat nömrəsi (ISIN) AZ1001028666-dır.
Yerləşdirmə kütləvi təklif və abunə yazılışı üsulu ilə həyata keçiriləcək.
Emissiya üzrə anderrayter “Troni İnvestisiya Şirkəti” QSC olacaq.
Beləliklə, bütün səhmlər təklif olunan qiymətlə yerləşdirilərsə, “AllAllFinance” ASC kapital bazarı vasitəsilə 205 min manat vəsait cəlb edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 Noyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















