Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

O, böyük bir alovun qalığı kimi görünürdü Ərinin xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

O, böyük bir alovun qalığı kimi görünürdü Ərinin xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün rus yazıçı, görkəmli şair Osip Mandelştamın həyat yoldaşı Nadejda Mandelştamın doğum günüdür.

Kulis.az Pərvinin "Xanım Mandelştam..." yazısını təqdim edir.

İosif Brodski yazır ki, Rusiyada şair xanımı ayrıca "peşə" sayılır. Söhbət repressiya olunmuş sənətkarların dul qalan arvadlarından gedir.

Əri xalq düşməni elan edilən, sürgün olunan, yaxud güllələnən qadının sonrakı həyatı möcüzəyə, amma daha çox da öz gücünə, iradəsinə bağlıydı. Dövr, zaman amansızdı, qəbul edilən qərarlar, verilən hökmlər heç bir qanuna, məntiqə sığmır. Azacıq azadlıq cəzasız qalmır, bir balaca sərbəstlik yüzqat qandallanır. Kiçik bir nəfəslik elə qapanır ki, iynənin ucu boyda işıqyeri tapıb burnunu dirəyirsən, bəlkə təmiz hava gələ... Və belə bir vaxtda özünü qorumaq, sözünü dəyişməmək çətindi, qanınla ödəməli olursan bədəli... Hələ kişiliyi KİŞİ, qadınlığı QADIN kimi yaşamaq, heç mümkün deyil. Doğrusu, son vaxtlarda harınlaşmış dünyanın sakinlərinin "qadın-qadın" hayqırışlarından yorulur adam... Ucuz Hind, bahalı Hollivud filmlərindən tutmuş özündən deyən Bakı saytlarına kimi hər yerdə qadınlıq resepti verilir və bunlara baxıb "ətin tökülsün" deməkdən savayı yolun qalmır. Ah qadınlıq, oh qadınlıq, cənnət də bizim ayaqlarımızın altında imiş, dünyanı belimizə alıb daşımaq da nədi ki əlimizdə, qeyrət-namus dağarcığı olmaq da bizim boyumuza biçilibmiş lap... Gülməlidi!

Tarixdə elə qadınlar olub ki, onların taleyi, həyatı, gördüyü işlər haqqında düşünəndə, utandığından yer tapmırsan özünə... Allahdan bir az şübhələnirsən də, sanki bilərəkdən qadın yaradıb səni, bunları öyrəndikcə kompleks keçirəsən, bir cücüyə çevrilib döşəmə taxtaları arasında yox olmaq arzusu da elə təbii görünür... Rus şairi Osip Mandelştamın xanımı Nadejda Mandelştam bu mənada çox ciddi tərbiyə edir adamı. Bioqrafiyasını, haqqında yazılanları, ikicildlik "Xatirələr"ini oxuduqca, barəsində çəkilən filmlərə baxdıqca içəridən necə durulduğunu, həyata, bu günə və yaşananlara necə ironik yanaşdığını görürsən... Və məncə, sənətin ən böyük faydası da elə budur...

İLK GÖRÜŞ... GEDƏK BURDAN...

Nadejda Xazina gənc və yaraşıqlı rəssam xanımdı... Kiyevdə, doğma şəhərində ədəbiyyatşünas Aleksandr Deyçin doğum günü məclisinə qədər heç bir böyük iddialarla yaşamır. Amma elə həmin məclisdə qarşısına o zaman artıq məşhur şair Osip Mandelştam çıxır və iddiaları yüz faiz dəyişir. Osip bu cazibədar qızdan gözünü çəkmir, ona özünü göstərmək üçün şeirlər oxuyur, maraqlı söhbətlər edir... Qadınlara heç zaman biganə qalmayan, gözəl qız görəndə özünü itirən biri kimi reputasiya qazanmış Osipin davranışı dostlarına təəccüblü görünmür. Nadejdanın ipə-sapa yatmayan şairi bir gecədə ram eləməsi isə hər kəsi heyrətləndirir. Balaca qızcığaz məclisin sonuna doğru Osipin qulağına "gedək burdan" - deyir, sonra əlavə edir, "sənin nömrənə"... Əslində, kənardan qadının bu cür hərəkəti yüngül görünür, yəni Nadejda Osipin növbəti və qısamüddətli əyləncəsi təsiri bağışlayır. Amma çox keçmir ki, Nadejda Osipin otağından onun kostyumunda çıxır və ömrünün sonuna kimi ərinin köynəklərini, pencəklərini geyinməkdən zövq alır. Nədənsə bu hadisə, yəni qadının kişinin paltarlarını geyinməsi məndə "işğal" assosiasiyası yaradır, pencəyin, şalvarın, köynəyin işğalından başlayır ruhun, qəlbin, bədənin zəbti...

Hə, elə həmin gecədən sonra Nadejda Xazina xanım Mandelştama çevrilir... Osipin ailə qurduğunu eşidən hamı təəccüblənir və bu hadisədən bir replika qalır tarixdə: "Təsəvvür edirsiz, evlənib, özü də qadınla..."

SEVGİYLƏ SÜSLƏNMİŞ...

Osip Mandelştamın təkcə ömründə yox, yaradıcılığında da inqilab olur Nadejda. Tanışlıqlarının elə ilk aylarında Osip ardıcıl sevgi şeirləri yazır, Nadejda sadəcə qanad çalan, havası ilə şairi təsirləndirən İlham Pərisi yox, həm də arxa-dayaq olur sevdiyi kişiyə. Osip bu möcüzə qadınla yaşadığı zamanı cənnət kimi təsvir edir...

Pieriyanın daşlı ətəklərində
İlham pəriləri rəqs edirdilər
Kor müğənnilər tək arı pətəklərindən
Bizlərə ionik bal verirdilər.
Uzaq xələflərçün açılırdılar
İncədən də incə, zərif tabutlar

Bu sürreal ifadələr, qəribə təsvirlər birbaşa sevgidən xəbər verir. Sevən, özünü buludların üstündə hiss edən adamın halıdır bu... Amma nədənsə Osip o cənnətə başqa mələklər də dəvət etmək istəyir. Hətta öz xəyanətkar arzularına izah da tapır... Axı Liliya Brik, Mayakovski və Osip Brik də üçlükdə yaşayırlar, burda nə var ki?! Sadə bir təhsil almış, ortabab bir mühitdə böyüyən qadın üçün bu əndrəbadiliyi qəbul etmək çətin idi, amma hər halda Nadejda Osipin böyük sənətkar olduğunu anladığı üçün bir çox ərköyünlüklərinə də təmkinlə yanaşır.

Amerikalı ədəbiyyatşünas, rus ədəbiyyatı üzrə mütəxəssis, dəfələrlə Rusiyaya gəlib rus şair, yazıçılarının xanımları ilə görüşən və bu haqda "Ədəbi dul qadınlar" kitabını yazan Karl Proffer artıq yaşa dolmuş və əldən düşmüş Nadejdanın bu məqamı necə şərh etməsini son dərəcə həssaslıqla qələmə alır... Nadejda ərinin bütün xəyanət sayıla biləcək əməllərinə sakit yanaşırmış, bircə o zaman çox sevilən, məşhur Peterburq zadəgan ailəsindən olan Olqa Vakselə vurulmağını heç cür bağışlaya bilmirmiş. Nadejdanın Olqanı "zərərsizləşdirmək", daha dəqiq söyləsəm, ərinin gözündən salmaq üçün istifadə etdiyi priyom isə dahiyanədir. Karl Proffer də qadının bu unikal hərəkətinə heyranlığını gizlətmir... Deməli, Nadejda o zaman üçün səviyyəli sayılan, yaxud Osipin ona "üstün" kimi təqdim etdiyi qadına yanaşıb sadə bir sual verir; "manage a trois" (üçlükdə yaşamaq deməkdir!) - nədir, bilirsən?! Qadın gözlərini döyəndə çevrilib istehza ilə ərinə baxır. Yəni bax bu yüksək təbəqədən saydığın qadın sadə şeyləri də bilmir... Bu faktı oxuyanda yersiz bir gülmək tutur adamı. Ərinin sevdiyi qadını sorğu-suala tutub intellektini yoxlamaq və nə qədər primitiv olduğunu sübut etmək hər qadının ağlına gəlməz axı... Nadejda deyir ki, o qadın və əriylə birgə altı həftə yaşamalı olur və bunu ömrünün ən təhqiredici hadisəsi sayır... Fikir verin, sürgün və aclıq yaşamış, hətta zavodda fəhlə işləmiş qadın məhz bu hadisəni aşağılayıcı hesab edir...

QORXU İÇİNDƏ...

İstənilən maddi və mənəvi problemlərə baxmayaraq, Osip Nadejda ilə rahatlıq tapırdı. Amma o vaxt elə Lenin baba da demişdi ki - cəmiyyətdə yaşayıb cəmiyyətdən azad olmaq mümkün deyil. Bu "taftalogiya" yerinə düşür, çünki məhz cəmiyyət və yenə də "cəmiyyət" insan talelərini həll edirdi. Osip Mandelştamın yazdığı, daha doğrusu, kimlərəsə oxuduğu şeir isə onun "cəhənnəm qəbzi" oldu. "Biz "altımızdakı" ölkəni hiss etməyərək yaşayırıq və on addımlıqda belə səsimiz eşidilmir..." - deyirdi o şeirdə və ən dəhşətlisi "Kreml dağlısı"na, barmaqları soxulcan kimi yağlı, bığları tarakanı xatırladan adama da ironiya edirdi və bu şeiri Stalinə çox tez çatdırdılar...

Osip Voronejə sürgün olundu, Nadejda da onun dalınca getdi... Qadın xəstə və ruh düşkünlüyü yaşayan ərinə dəstək olur, həftəsonlarını Moskvaya gəlib müxtəlif adamların kabinetlərini gəzir, şairin cəzasının yüngülləşdirilməsini istəyirdi. 37-ci ildə sürgün müddəti bitsə də, zülümlər qarşıda idi... Osipin cəzası ağır olmalı idi, oldu da... Şair bir neçə il öncə fəhmlə o "möhtəşəm" cəzanı duyub yazmışdı:
Ölmək istəmirəm, Peterburq belə
Telefon nömrələrin məndədir hələ

Hələ ünvanların yaddaşımdadır
Ölüb itənlərin səsin andırır...

Zülmət pilləkəndə yaşayıram mən
Gicgahıma vurur qoparılmış zəng.

Hər gecə, hər gecə səhərə qədər
Qapı zəncirini qandal tək tutub
"Əziz qonaqları" gözləyəcəyəm.
Ta mənim qapım da döyülənəcən...

(Tərcümə: Anar)

Hər misrasından tənhalıq, kədər yağan şeiri yüz yerə yozmaq olar. Nadejda Mandelştamın "Xatirələr" kitabında isə hər şey açıq yazılıb: "Gecələr, sevgi saatlarında hərdən ayrı şey düşündüyümü dərk edirdim... Birdən elə indi içəri girib sevişməmizi yarımçıq qoydular?! - deyə narahat olurdum. Belə də oldu, 1 may 1938-ci il günü özünəməxsus iz buraxdı, ikili xatirələrin qarışığı ilə yadda qaldı..."Ərinin həbs olunmasını sevişmənin yarıda qırılması kimi qavrayan qadına necə qibtə etməyəsən?! Bu qadını nə sındıra bilər ki?! Osipin həbsxanadan "Nadenka, yaz görüm sağsanmı?" - sualı da, ərinə göndərdiyi bağlamanın "adresatın ölüm səbəbindən" geri qaytarılması da, toxuculuq fabrikində bir qarın yeməyə fəhlə işləməsi də, yazdığı xatirələr kitabının az qala bütöv ziyalılığı ona qarşı qaldırması da bu möcüzə qadını sındıra bilməzdi. Çünki Osipin ölümündən sonra onun çiyinlərinə ağır yük qoyulmuşdu... Şairin ölməzliyini təmin etmək... Şübhəsiz ki, əsərləri vasitəsiylə.

ÖLÜMDƏN SONRA...

Nadejda şairə Anna Axmatova ilə dostluq edirdi... Bu dostluq o qədər möhkəm idi ki, onlar haqqında müxtəlif şayiələr də uydururdular. Nadejda onların heç birinə məhəl qoymadan "qəlbimdə yüzlərlə şair var, amma yalnız bircə şairəyə yer var" - deyirdi. Şübhəsiz, Annanı nəzərdə tuturdu və ona "Məni yaşadan yalnız sənə inamımdı" - deyirdi. O dəhşətli böhran, tənhalıq anlarında ona hayan olan da Anna idi... Amma Nadejda yükünü təkcə çəkməli idi. Osipin şeirlərini ən müxtəlif üsullarla qorumağa çalışırdı. Balaca kağızlara yazıb dostlarına hədiyyə edirdi, yastıqların içərisində gizlədirdi və ən əsası özü fasiləsiz olaraq əzbərləyirdi. Bilirdi ki, yaddaşından etibarlısı yoxdur: "Gecələr, mən yuxusuz halda yekə sex boyu qaçır, maşınları işə salır və bütün bu vaxtı şeirləri öz-özümə təkrarlayırdım. Mən hər şeyi əzbər yadda saxlamalı idim, kağızları əlimdən ala bilərdilər, dostlar isə qorxu anında hər şeyi sobaya ata bilərdilər... Yaddaş əlavə qoruma üsulu idi və mənə çətin işimdə kömək olurdu..."

Karl Proffer yazır ki, Nadejda heç kəsə inanmırdı və qəribə şəkildə qorxaq idi, daha çox xalqdan qorxurdu. Hətta səksəni haqlasa da, biz onu bu yaşa çatmış adamla yuxarıların işi olmaz - deyə inandırmağa çalışsaq da, o, sadəcə gülümsəyirdi və deyirdi ki, siz bilmirsiz "onlar" nələrə qadirdilər.

Bax bu dəhşətli inamsızlıq, bədgümanlıq içində yaşamaqdı ən böyük qəhrəmanlıq. Həm də Osip Mandelştam adlı şairi dünyaya yenidən bəxş etmək üçün bütün məhrumiyyətlərə dözməkdi qəhrəmanlıq. Əslində isə qadınlıq...

Nadejdanın Osipdən sonra da ünsiyyətdə olduğu kişilər vardı, qadınlığını itirməkdən qorxurdu və tez-tez "axı mən niyə tənha yaşaya bilmirəm" - deyə söyürdü özünü... Amma bütün hallarda bu arıq, sısqa, sözün düzünü deməklə, yazmaqla çoxlarının nifrətini qazanmış qadın istəyinə nail oldu. Osip Mandelştamın irsi əvvəl Fransada, sonra isə ABŞ-da qorundu, işıq üzü gördü. Qadın avropalı, amerikalı tədqiqatçıların ərinin şeirinə marağını görəndə hönkür-hönkür ağlayıb "boşuna yaşamadım, indən sonra ölə bilərəm" - deyirmiş...

KÖMÜR DƏNƏSİ...

Karl Proffer Nadejdanın ömrünün son illərində birotaqlı evdə necə kasıb yaşadığını, amma bununla da kifayətləndiyini yazır. Birotaqlı daxmada tarixi işlər görmüş qadın əbədiyyəti qazanıbsa, həm də nə etdiyini dəqiq bilibsə, nədən narazı olmalıydı ki?! Brodski çoxlarında etiraz oyadan "Xatirələr" haqqında deyirdi ki, bu yazılar dövrə vicdan və mədəniyyət işığında baxmaq üçün fürsətdir... Amma Brodskinin daha təsirli sözləri Nadejdanın ölümündən sonra yazdığı "Nekroloq"da əksini tapmışdı. O, qadının son vaxtlardakı halını belə təsvir edirdi: "Artıq axşam idi, o, bufetin önündə, kölgəsində əyləşib siqaret çəkirdi. Kölgə o qədər dərin idi ki, onu seçmək olmurdu, yalnız siqaretin közərməsi və alışıb yanan iki göz nəzərə çarpırdı. Qalan nə vardısa - şal altında gizlənmiş bapbalaca bədən, əllər, üzün ovalı, ağımtıl, kül rəngi saçlar - hamısı kölgədə itmişdi. O, böyük bir alovun qalığı kimi görünürdü, kömür dənəsi təsiri bağışlayırdı, sanki əl vursan yana bilərsən..."

Nə qədər dəqiqdi?! Axı böyük alovun qalığı heç zaman sönə, əbədi yox ola bilməz... Hələ üstəgəl qadındısa... Üstəgəl, sevdiyi, seçdiyi kişidən ötrü fədakarlığa hazırdırsa. Və məhz Nadejda kimi insanların fədakarlığı, taleyi, gördüyü böyük işlər dünyanın qadınlıq tarixinə yenidən baxmağa, ya da güzgü önündə dayananda özünü yığışdırmağa vadar edir adamı...

Alternativ Nobel mükafatı laureatlarının adları açıqlandı Emir Kusturitsa Rusiya vətəndaşlığı almağı planlaşdırır Niyə bu qədər kişi müəllif qadınlar haqqında xoşagəlməz ifadələr yazıb? - Yalçın İslamzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see303

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see206

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see180

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see147

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see134

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see124

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see123

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see123

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see121

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see121

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see119

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see119

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see118

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see117

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see117

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see117

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see117

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri