Icma.az
close
up
RU
O dəhşət təkrarlana bilər? Təyyarə terroru ilə bağlı qorxunc proqnoz

O dəhşət təkrarlana bilər? Təyyarə terroru ilə bağlı qorxunc proqnoz

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Yeni il günü Nyu-Orleanda törədilən terror hücumu ilə bağlı araşdırmalar davam edir. ABŞ hüquq-mühafizə orqanları və təhlükəsizlik rəsmiləri bir çox ssenari ətrafında müzakirə aparır.

Çərşənbə günü Federal Təhlükəsizlik Bürosu (FTB) şübhəlinin polislə atışma zamanı öldürülməzdən əvvəl Burbon küçəsində izdihamın üzərinə sürdüyü yük maşınına İŞİD bayrağı sancdığını təsdiqləyib. 42 yaşlı ABŞ vətəndaşı və ordunun ehtiyatda olan keçmiş üzvü Şəmsud-Din Cabbarın sosial mediada İŞİD-dən ilhamlandığını göstərən videolar yerləşdirdiyi də bildirilir.

İstintaqa Nyu-Orlean və digər ştatların müxtəlif yerlərində axtarış əmrlərinin icrası, Hyustonda yol kəsişməsində FTB və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat və bu cəhdlə hər hansı əlaqənin olub-olmadığı ilə bağlı suallar daxildir. Diqqətçəkən bir başqa məqam isə budur ki, 2014-cü ildən bəri ABŞ-da 250-dən çox şəxs İŞİD ilə əlaqəli fəaliyyətlərdə ittiham olunub. ABŞ yenidən radikal islamçıların hədəfindədir? 24 il öncə Əl-Qaida terror təşkilatının ABŞ-da törətdiyi 11 sentyabr terror hadisələri yenidən təkrarlana bilər? Son terrorda da radikal terror təşkilatının adı çəkilir. Terrorçu məhz İŞİD-dan ilhamlanaraq bu qanlı aksiyanı həyata keçirib. Bu isə diqqətləri yenidən məsələlərə yönəldir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-da baş verən son terror aktında iki məsələ xüsusi diqqəti çəkir:

“İlk növbədə bu hadisə ilə bağlı İŞİD-in adı hallanır. Ancaq günahkarın bu qruplaşma ilə əlaqəsi barədə konkret fakt mövcud deyil. Onun sadəcə olaraq bu qruplaşmadan ilhamlandığı vurğulanır. Burda iki ehtimal var. Ya həqiqətən deyilənlər doğrudur, bu şəxs İŞİD-dən ilham alaraq bu işi həyata keçirib, ya da bu, sadəcə olaraq uydurmadır. Yəni kimlərsə islamçı qruplara qarşı əməliyyat təşkilini həyata keçirmək niyyətindədir. Bu məqsədlə bu hücumu təşkil etdirərək diqqəti fərqli istiqamətə yönəldirlər.

Əgər ikinci variant düzdürsə, o zaman biz yaxın günlərdə ABŞ-da bu cür terror hadisələrinin tez-tez şahidi ola bilərik və bunları təşkil edən dairələr çalışacaqlar ki, bu hadisələri radikal islamçı qrupların adına çıxarsınlar”.


Zeynal Əmrəliyev

Politoloq deyib ki, ABŞ-da baş verən hakimiyyət dəyişikliyi qlobal miqyasda da özünü göstərəcək:

“Bir çox savaş nöqtələrində sülh əldə edilsə də biz bir çox bölgədə yeni toqquşmaların şahidi ola bilərik. Donald Trampın dövründə ABŞ-ın radikal islamçı qruplara qarşı mövqeyində sərtləşmənin olacağı gözləniləndir. Çünki respublikaçıların hakimiyyəti dövründə hər zaman bu cür qruplara qarşı sərtləşmə olub. Xüsusilə Yaxın Şərqdəki İranın proksi qüvvələrinə qarşı biz bu cür əməliyyatların şahidi ola bilərik”.

Globalinfo.az xatırladır ki, son vaxtlar radikal islam təşkilatlarının ABŞ-ı yenidən hədəf seçəcəyinə dair proqnozlar səsləndirilir. Məsələyə iki aspektdən yanaşılır: astroloji məntiqlə və geopolitik gerçəkliklə.

Qeyd edilir ki, İlan ilində dünyada terror, qarşıdurma, qiyam və s. baş verir. 11 sentyabr hadisələrinin də məhz İlan ilində (2001-ci il) yaşandığı əsas gətirilərək belə hadisələrin təkrarlanma ehtimalının olduğu vurğulanır.

Məsələyə bir də geopolitik gerçəklikdən yanaşaq. Yaxın Şərqdə proseslərin gedişinə baxdıqda, həqiqətən də risklərin böyük olduğu görünür. Yaxın Şərqdə terror təşkilatları sıxışdırılır. Onların əlindən “münbit” şərait, real imkan çıxır. Ona görə mümkündür ki, teraktlarla bu sürəcə müqavimət göstərsinlər. əsas hədəf kimi isə böyük dövlətlər seçilə bilər.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabr günü ABŞ-da terrorçular mülki təyyarələri ələ keçirmişdilər. Onlar Nyu-Yorkda əkiz qüllələri hədəf almışdılar. İki təyyarə həmin binalara çırpıldıqdan sonra qüllələr çökmüşdü. Terrorçuların ələ keçirdiyi üçüncü təyyarə isə Pentaqonun korpuslarından birinə çırpılmışdı.

Bundan sonra ABŞ Əfqanıstanda Əl-Qaidaya və Üsamə bin Ladenə qarşı genişmiqyaslı antiterror əməliyyatlarına başladı. İki il sonra isə İraqa hücum etdi.

Hazırkı şəraitdə İŞİD-ın və ya hansısa terror təşkilatının ABŞ-a qarşı ikinci belə terror həyata keçirəcəyi inandırıcı görünmür. Kiçik ölçüdə teraktlar keçirmələri mümkün olsa da, 11 sentyabr hadisələrinin təkrarlanacağı ağılabatan hesab edilə bilməz. Təəssüf ki, terror bəzən gözlənilməz situasiyalarda və gözlənilməz məkanlarda reallaşdırılır…

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri