Icma.az
close
up
RU
“O deyir ki, İranı durdurmağın yalnız iki yolu var: görək bunlardan hansını seçəcək...”

“O deyir ki, İranı durdurmağın yalnız iki yolu var: görək bunlardan hansını seçəcək...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Tramp ikinci dəfə Ağ Evə gəldikdən az sonra iki ölkə prezidentlərinin görüş təşəbbüsləri səsləndi. Lakin ayətullah Xamenei Amerika ilə danışıqları səmərəsiz hesab edərək birtərəfli şəkildə onlara qadağa qoydu.  Burada bir məqam da ortalığa çıxırdı ki...”

ABŞ-nin həm ölkənin daxili, həm də bütövlükdə beynəlxalq siyasətlə bağlı əndrəbadi çıxışılarıyla seçilən və dünyada əksəriyyətin etirazlarıyla qarşılaşan yeni bir aylıq prezidentinin Donald Trampın hakimiyyətə gəlməsindən sonra İran-ABŞ münasibətlərinin bu günü və gələcəyini  necə dəyərləndirmək olar? Trampın İrana təhdidlərinə ali dini rəhbər Əli Xamenei sərt cavab verdi. "Əgər onlar bizi təhdid etsələr, biz də onları təhdid edəcəyik. Əgər onlar bu təhdidi həyata keçirsələr, biz də buna qarşılıq verəcəyik"- deyə söylədi. Prezident Məsud Pezeşkian da ayətullaha dəstək verərək dedi ki, Tramp fitnəkardır. Hətta 2020-ci ildə general Qasım Süleymaninin qətlinə görə “SEPAH”-ın Trampı öldürmək planlarının hələ də gündəmdə olduğu bildirilir...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bunları söyləyib:

“Öncə onu deyim ki, Donald Trampın hələ birinci prezidentlik dövründə İranın nüvə proqramı ilə bağlı mövqeyi birmənalı sərt olub. Və həmin dövrdə o, İranla bu mövzudakı razılaşmanı birtərəfli şəkildə dayandırdı. Amma Trampa qədərki dövrdə, məsələn, Obamanın zamanında Amerikada İrana qarşı bir mülayimlik var idi, danışıqlar gedirdi. Onu da deyim ki, İranla ABŞ arasında daim gizli, qapalı görüşlər, danışıqlar olub.  Bununla belə, Trampın vaxtında münasibətlər sərtləşdi. Bəli, o, 2020-ci ilin yanvarında general Qasım Süleymaninin qətli ilə bağlı qəti əmr verdi və bu, həyata keçirildi. O ki qaldı indiki dövrə, hazırda Tramp yalnız İranla bağlı deyil, ümumiyyətlə, dünyada elə bir işlər görməyə çalışır ki, tarixdə mütərəqqi, sülhpərvər Nobel mükafatı almış bir ABŞ prezidenti kimi qalsın...

Qeyd etmək lazımdır ki, İranın proksi-qüvvələrinin zərərsizləşdirilməsində də hələ ilk prezidentlik dövründən bəri Donald Trampın xeyli rolu olub. Əlbəttə, Netanyahu-Tramp və Netanyahu-Bayden dönəmlərini müqayisə edəndə görürük ki, Trampın zamanında İrana qarşı kəskinləşmə daha çox özünü büruzə verir...

Onu da vurğulamaq gərəkdir ki, Trampın Netanyahu ilə Vaşinqtonda baş tutan görüşü yalnız Yaxın Şərqdə deyil, bütövlükdə planetdə müəyyən qlobal layihələrin gələcəyini müəyyənləşdirib. İndi isə həmin layihələrin həyata keçirilməsi mərhələsinə gəlib çatmışıq. Burada qlobal məsələlər çoxdur. O cümlədən Ukrayna savaşı, İran və Çin mövzuları da gündəmdədir...   

İranla bağlı isə öncə onu demək gərəkdir ki, ABŞ və İsrail öncə onun nüvə prqoqramını durdurmaq niyyətindədir. Tramp ikinci dəfə Ağ Evə gəldikdən az sonra iki ölkə prezidentlərinin görüş təşəbbüsləri səsləndi. Lakin ayətullah Xamenei Amerika ilə danışıqları səmərəsiz hesab edərək birtərəfli şəkildə onlara qadağa qoydu.  Burada bir məqam da ortalığa çıxırdı ki, İranda birinci şəxs ali dini rəhbər olduğundan Trampdan fərqli olaraq Pezeşkian prezident kimi tam səlahiyyət sahibi deyil. Bir sözlə, bu görüş alınmadı...

Bəs hal-hazırda nə baş verir? Netanyahu İranın nüvə proqramının təcili şəkildə durdurulmasının tərəfdarıdır. Elə Trampın ilk prezidentlik dövründə də onun bir çox məsələlərdə Netanyahu ilə mövqeləri üst-üstə düşürdü... Və MAQATE-nin son məlumatına görə, İran artıq 60 faiz zənginləşdirilmiş 165 kq urana malikdir. ABŞ rəsmiləri deyirlər ki, Tehran cəmi "bir neçə həftə ərzində" nüvə silahı istehsal etmək gücünə çata bilər. Buna görə Tramp və Netanyahu İrana qarşı təzyiqləri daha da sərtləşdirmək fikrindədir. Onlar hesab edir ki, İran nüvə silahına yiyələnərsə, bu, Yaxın Şərqdə və ümumiyyətlə, planetdə təhlükəli bir durum yarada bilər. ABŞ prezidenti bu mövzuda son çıxışlarından birində bəyan etdi ki, İranın nüvə proqramının həll edilməsinin cəmi iki yolu var –üçüncüsü yoxdur. Birincisi dinc  yoldur, yəni problemi danışıqlarla kağız üzərində həll etməkdir. İkinci isə hərbi müdaxilə yoludur. Yəni İranın nüvə obyektlərini bombalamaqdır... İndi görək Tramp bu yollardan hansını seçəcək...”  

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri