Icma.az
close
up
RU
“O hadisədən sonra hamı yanımdan uzaqlaşdı, sanki məni tanımırdılar” millimizin futbolçusu

“O hadisədən sonra hamı yanımdan uzaqlaşdı, sanki məni tanımırdılar” millimizin futbolçusu

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan I Liqasında lider olan “Şəfa” və U-21 millimizin üzvü Nahid Əliye İdmanxeber.az saytına müsahibə verib.

– “Şəfa ilə yaxşı mövsüm keçirirsiniz. Heyətiniz I Liqa üçün çox güclüdür. Çempion ola biləcəksiniz?

Bəli, heyətimiz həqiqətən yaxşıdır. İnşallah, mövsümün sonunda çempion olacağıq. Bütün hədəfimiz budur.

– Çempionluğa iddialı daha bir klub “Səbail”dir. Növbəti tur onlarla oynayırsınız. Bu sizin üçün final oyunudur?

Hər oyun bizim üçün vacibdir, amma “Səbail”lə qarşılaşma final xarakteri daşıyır demək olar. Ümid edirəm ki, maksimum nəticə qazanacağıq. Çünki bizim üçün çox vacib oyundu.

– Komanda Premyer Liqaya yüksəlsə, burada qalacan? Özünü Premyer Liqa səviyyədə görürsən?

Gələcək haqqında danışmaq hələ tezdir. Əlbəttə, ilk məqsədim klubu Premyer Liqaya çıxarmaqdır, sonra isə necə olacağını görəcəyik.

– Sən həm də U-21 millimizin üzvüsən. Çexiyaya böyük hesabla uduzdunuz, Şotlandiya ilə heç-heçə etdiniz. Bu oyunları necə şərh edirsən? Səncə bizdə nə çatmır?

Çətin oyunların bizi gözlədiyini bilirdik. Belə görüşlərdə iştirak etmək həm böyük təcrübə, həm də zövqdür. Ola bilər ki, oyun praktikası bir qədər az idi və rəqiblərin səviyyəsi də fərqlidir. Bütün bunlar nəticələrə təsir edir.

Özün tovuzlusan. Amma oradan qalmaqalla ayrıldın. Həmin hadisə barədə nə deyə bilərsən? Hadisə necə baş vermişdi?

“Turan Tovuz”dan azad agent statusunda, öz istəyimlə ayrıldım. Qalmaqal kimi təqdim olunan məsələlər isə məni ləkələmək istəyən bəzi insanların ucuz cəhdi idi. “Turan Tovuz”da futbolçulardan tutmuş rəhbərliyə qədər hamı ilə yaxşı və səmimi münasibətlərim olub. O danışılanlar həqiqətə uyğun deyil.

– Həmin hadisədən sonra toparlanmaq çətin oldu?

Bəli, xəbərlərdən sonra mənim üçün doğrudan da çətin bir dövr başladı. Ailəmdən başqa yanımda yalnız iki nəfər var idi — keçmiş “Neftçi” əfsanəsi olan babam Eltay Aslanov və menecerim Vaqif Heydərli. Qalan hər kəs yanımdan  uzaqlaşdı, sanki məni tanımırdılar. Menecerim Premyer Liqadan bir variant tapmışdı, amma mən imzalamağa hazırlaşanda həmin xəbərlər yayıldı. “Mingəçevirə” keçidim isə tam təsadüf nəticəsində baş verdi. İkinci dövrə başlayırdı, o zaman baş məşqçi Füzuli Məmmədov idi. Onlar menecerimlə danışıb razılığa gəldilər, lakin klubun maliyyə balansı artıq dolmuşdu. Orada keçirdiyim 5 ay ərzində maaşımı menecerim ödəyirdi. Mən bunu çox yüksək qiymətləndirirəm. İndi hər şey yaxşı olanda Eltaya, menecerimə və mənə zəng edirlər, halbuki qışda, yardıma ehtiyacımız olanda heç kim kömək etməmişdi.

Həsən Quluzadə 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri