Icma.az
close
up
RU
O, həm qardaş idi, həm də dost və ata!

O, həm qardaş idi, həm də dost və ata!

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qələbənin qazanılmasında şücaət göstərən şəhid Oktay Əhmət oğlu Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində dünyaya göz açıb. Oktay 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə Xocavəndin azadlığı uğrunda gedən döyüşlərə qatılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Oktay Səfərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" , "Xocavəndin azad olmasına görə" medalları ilə təltif edilib.

“Qardaşım tək mənə qardaş olmayıb. Məndən bir yaş balaca idi. O, mənə dost, sirdaş olub”, - deyə şəhidin bacısı Günel Rəsulova qardaşı Oktay barədə danışır. O, bildirir ki, həm müharibədən qabaq, həm də döyüşlər vaxtı hər zaman qardaşıyla əlaqə saxlayıb: "Oktay sanki mələk idi, gəldi bu dünyaya və getdi. O ailəmizi necə sevirdisə, Vətəni də elə sevirdi. Məncə, o bizi belə kimsəsiz qoyub getmək istəməzdi. Mən sağlığında da onunla fəxr edirdim, indi də fəxr edirəm. Vətən sağ olsun. Amma kaş o da sağ olaydı. Hər birimizin dayağı idi. Arzumuz odur ki, onun xatirəsi daim yaşasın. Hamı onu tanısın".

Günel qardaşı üçün həmin ildə nişan hazırlıqlarına başladıqlarını da diqqətə çatdırır: "Sevdiyi qız var idi. 6 il idi ki, bir-birlərini sevirdilər. Pandemiya yayıldığına görə nişanını təxirə salmışdıq. Hər dəfə nişan məsələsi gündəmə nəsə problemlər çıxırdı. Sonuncu dəfə Türkiyədən qayıdanda sevdiyi qızın anası rəhmətə getdi. Elə bir ağır durumdan sevdiyini çıxardı. Həmin qızın atası da rəhmətə getmişdi. O da bizim ailəmizin bir üzvüdür. Hər gün bir-birimizlə maraqlanmışıq. Doğma bacım kimidir. Qardaşım ailə qursaydı, çox xoşbəxt olacaqdı. Mənim övladlarıma elə bir dayı idi ki, təsəvvür edə bilmirəm ki, onun öz uşaqları olsaydı, o necə bir ata olardı.

Mən ailə quranda qardaşımın 20 yaşı var idi. O həm də mənə atalıq etdi, 2 il işləyib bütün cehizlərimi aldı. Onun mənə etdiklərini, çox təəssüf ki, qaytara bilmədim. Tovuz hadisələrində, Aprel döyüşlərində şəhid olanların hamısına bir-bir ağlamışdım. Sanki mən də bunu yaşayacaqmışam kimi. Allaha yalvarırdım ki, bizə bunu yaşatmasın. Amma indi necə dözürük anlaya bilmirəm. Yəqin ki, həyatda ailəmizə görə ayaqda dururuq".

Şəhidin anası Zülfiyə Səfərova bildirir ki, övladı Zəngilan, Qubadlı, Füzuli, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib: "Baş atıcı kimi ön cəbhədə olub. Sonuncu zəngimiz noyabrın 2-nə təsadüf etdi. Ona kimi hər gün demək olar ki, danışırdıq. Çətinlikləri barədə söz açmadı. Bir sonuncu zəngdə bizə dedi ki, döyüşə girdik, yaralananlar oldu. Ayın 2-dən 18-nə kimi məlumat ala bilmədik. Oktay noyabrın 3-də şəhid olubmuş. Elə uşaq idi ki, heç cür məni xəbərsiz qoymazdı.

Artıq ayın 11-dən mən narahat oldum. Hər yerdə onu axtardım. Noyabrın 18-də nəşini Füzuli rayon Diaqnostika Mərkəzində tapdıq. Ayın 19-da kənddə dəfn etdik. Oktay çox mehriban, qayğıkeş, ağıllı bir balaydı. Savadlı idi, ancaq ali məktəbə daxil olmaq ona qismət olmadı. Hərbi xidmətə getdi. Əsgərlikdən gəlməyinə 4 ay qalmış atası qəzaya düşdü. Yaddaşını itdi. Bütün ailənin yükü onun çiyinlərinə düşdü, ona görə təhsil ala bilmədi. 1 il yol idarəsində işlədi, sonra Bakıda tikintidə, 3 il də Türkiyədə yaşayıb işlədi. 2019-cu ilin dekabrında evləndirmək məqsədilə gətirdim. Onun nişan hazırlıqlarının hamısını etmişdik. Oğlumun da, bizim də arzularımız yarımçıq qaldı".

Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Oktay kimi bütün şəhidlərimiz sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir.

M.MÜŞFİQ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri