O meydanda ardıcıl iki üç düzgün ötürmə etmək çətin məsələdir Zaqatala nın baş məşqçisi qələbəyə köklənib
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1-ci Liqanın 12-ci turunun gərgin mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. Maraqlı qarşılaşmalardan biri də Buzovnada keçiriləcək. Cari mövsüm adından söz etdirən, hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində mövqe tutan "Baku Sportinq" 17 xal toplayan, liderlər qrupundan "qopmaq" istəməyən "Zaqatala"nı qəbul edəcək. Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıəqlaması belə oldu:
"Baku Sportinq"lə oyunda əlavə motivasiyaya ehtiyac olmayacaq. Uşaqlar iddialı rəqiblə üz-üzə gələcəyimizin fərqindədirlər. Mənfi məqam Buzovnadakı stadionun ot örtüyüdür. Orada futbol olub-olmayacağını bilmirəm, amma yəqin ki, vuruşacağıq. Rəqibin son turlarda "Şəfa" və "Şahdağ Qusar"a qarşı oyunlarını izləmişəm. O meydanda ardıcıl iki-üç düzgün ötürmə etmək çətin məsələdir. Meydanın vəziyyəti bərbaddır. Hər iki tərəf vuruşmaq məcburiyyətindədir. Yəni elə meydanda baxımlı oyundan danışmaq olmaz. Meydana qələbə üçün çıxacağıq. İtirdiyimiz xalların yerini doldurmalı, liderlərdən uzaqlaşmamalıyıq".
Qeyd edək ki, dekabrın 24-də baş tutacaq "Baku Sportinq" - "Zaqatala" qarşılaşması 14:30-da başlayacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 22 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















