O, Mübariz İbrahimov haqda film çəkəcəkdi, olmadı... FOTO
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin məşhur rejissoru və prodüseri Osman Sınavın vəfat etməsi Azərbaycanda da üzüntü ilə qarşılanıb.
Modern.az-ın məlumatına görə, Əməkdar incəsənət xadimi, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov Osman Sınavla bağlı təəssüfünü belə ifadə edib:
“Osman Sınavın xəbəri çox üzücü oldu. Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında film çəkmək istəyirdi. Deyirdi, müasir dövrün Türk qəhrəmanının adına layiq film çəkilməlidir. Ona çoxlu material göndərdim. Xəstəlik aman vermədi. Doğmalarına və bütün Osman sevənlərə dərin hüznlə başsağlığı verirəm!”.
Xatırladaq ki, "Deli Yürek", "Ekmek Teknesi", "Kurtlar Vadisi", "Sakarya Fırat" kimi film və serialların rejissoru olmuş Osman Sınav dünən 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















