Icma.az
close
up
RU
“O müəssisələrin şəffaf maliyyə və audit mexanizmləri olacaq”

“O müəssisələrin şəffaf maliyyə və audit mexanizmləri olacaq”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün müzakirə etdiyimiz sənəd peşə təhsili sahəsində çoxillik və nəticəyönlü təcrübəyə malik olan Türkiyə ilə birlikdə, ölkəmizdə həyata keçirilən islahatların növbəti mərhələsi üçün institusional və praktik mexanizm yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, peşə təhsili əmək bazarının formalaşmasının zəruri elementlərindən biri olmaqla yanaşı, həm də sosial xarakter daşıyır və iqtisadi inkişafın zəruri mexanizmlərindən biri kimi çıxış edir: “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamı dövlətimizin bu sahəyə strateji baxış bucağını açıq şəkildə nümayiş etdirir. Cənab Prezidentin Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi, inşa edilməsi nəzərdə tutulan yeni peşə təhsili müəssisələrinin necə idarə olunacağı, hansı model əsasında fəaliyyət göstərəcəyi, əmək bazarı ilə necə əlaqələndiriləcəyi olduqca mühüm əhəmiyyət kəsb edən və peşə təhsili sahəsində həyata keçirilən islahatların davamlı nəticələrə yol açması baxımından mühüm əhəmiyyətə malikdir. 

Məhz bu baxımdan, hazırda müzakirə etdiyimiz əlavə protokolda yer alan əməkdaşlıq istiqamətlərinin nə qədər önəmli olduğunu vurğulaya bilərik.

Sənəddə nəzərdə tutulan mexanizmlər peşə təhsilinin istehsalatla birbaşa inteqrasiyasını, tələbələrin real müəssisələrdə təcrübə keçməsini, sığorta, əməkhaqqı və təhlükəsizlik məsələlərinin milli əmək qanunvericiliyinə uyğun tənzimlənməsini, diplom və sertifikatların qarşılıqlı tanınmasını təmin edir.

Bu yanaşma, faktiki olaraq peşə təhsilinin təcrid olunmuş məhdud anlayış çərçivəsindən çıxarılaraq, əmək bazarının ayrılmaz və əhəmiyyətli bir hissəsinə çevrilməsinə imkan yaradır.

Xüsusilə vacib məqam ondan ibarətdir ki, Əlavə Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək, şəffaf maliyyə və audit mexanizmlərinə malik olacaq, sözügedən müəssisələrin strateji inkişaf xətti isə Azərbaycan və Türkiyə tərəfinin birgə İdarəetmə Şurası vasitəsilə müəyyən ediləcək.

Bu model Prezidentin Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamından irəli gələn vəzifələrin icrasına, peşə təhsili, əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların uğurla davam etdirilməsinə xidmət edir.

Müzakirə etdiyimiz sənəd, eyni zamanda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin inkişafa xidmət edən növbəti nümunəsi kimi də dəyərləndilə bilər”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri