Icma.az
close
up
RU
Azərbaycan: Avrasiyada yeni nəfəs və açar ölkə

Azərbaycan: Avrasiyada yeni nəfəs və açar ölkə

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan beynəlxalq arenada yeni nəfəs gətirən ölkə kimi diqqət çəkir. Bu, təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin strateji nəticələri ilə bağlıdır. Prezidentin çevik, düşünülmüş və qətiyyətli siyasəti Azərbaycanı həm regionda, həm də dünyada güclülərin sırasına çıxarıb. Ölkənin uğurları yalnız milli nailiyyət deyil, eyni zamanda sülh quruculuğu, bərpa və inkişaf təcrübəsini dünya ilə paylaşmaq baxımından nümunəvi təcrübədir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın siyasətində əsas məqsəd qlobal çağırışlara çevik reaksiya vermək, strateji tərəfdaşlıqları inkişaf etdirmək və regional sabitliyi təmin etməkdir. “Bu yanaşma nəticəsində Azərbaycan, dünyanın çox ölkələrinin arzuladığı, amma əldə edə bilmədiyi uğurlara imza atıb. Ölkə həm Şərqlə Qərb, həm Şimalla Cənub arasında strateji əməkdaşlıq körpüsü rolunu oynayır və Avrasiya məkanında stabillik və inkişafın lokomotivi kimi çıxış edir”, - o vurğulayıb.

 Deputat əlavə edib ki, bu kontekstdə Azərbaycan–ABŞ münasibətləri xüsusi diqqət tələb edir: “Son illərdə iki ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksələ biləcək potensiala malikdir. Lakin bu inkişafın qarşısında duran əsas maneələrdən biri 907-ci düzəlişdir. Hesab edilir ki, 907-ci düzəlişin tamamilə ləğv olunması yalnız Azərbaycan–ABŞ münasibətlərini daha da dərinləşdirməyəcək, eyni zamanda Avrasiya coğrafiyasında yeni reallıqların formalaşmasına da xidmət edəcək. Bu dəyişiklik Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və hətta Avropada siyasi və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə bilər.

Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan artıq qlobal siyasətdə aktiv rol oynayan, həm regional, həm də qlobal səviyyədə diplomatiya və iqtisadi inkişaf nümunəsi təqdim edən bir ölkəyə çevrilib. Bu mövqeyin nəticəsi olaraq Azərbaycan, təkcə öz ərazisində deyil, həm də qonşu regionlarda sülhün qorunması, sabitliyin təşviqi və əməkdaşlıq mexanizmlərinin qurulması istiqamətində mühüm rol oynayır.
Azərbaycanın siyasəti göstərir ki, strateji baxış və diplomatik çeviklik yalnız daxili inkişaf üçün deyil, həm də regional və qlobal güc balansının formalaşmasında əhəmiyyətli amil ola bilər. Ölkənin əldə etdiyi nailiyyətlər, həmçinin beynəlxalq əməkdaşlıqda Azərbaycanı etibarlı tərəfdaş, qlobal problemlərin həllində konstruktiv aktor kimi möhkəmləndirir.

Nəticə etibarilə, Azərbaycan artıq qlobal səviyyədə yeni nəfəs gətirən, regionlarda sabitlik və əməkdaşlıq körpüsü rolunu oynayan, strateji tərəfdaşlıqlarını inkişaf etdirən ölkədir. İlham Əliyevin siyasəti, ölkəni Avrasiya coğrafiyasında həm siyasi, həm iqtisadi, həm də diplomatik baxımdan nüfuzlu aktora çevirib”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri