Icma.az
close
up
RU
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür.
Kulis.az Əfqan Qafarlının "Fransız qadının dünyaya gətirdiyi dahi azərbaycanlı" yazısını təqdim edir.

Kim idi Toğrul Nərimanbəyovun əsli-nəsli?

Babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyirmiş. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator olub. Əmirbəy Nərimanbəyov Qarabağın tanınmış bəylərindən sayılırdı.

Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Azərbaycan Xalq Cümnuriyyəti zamanında hökumət ölkənin gələcəyi naminə istedadlı gəncləri xaricə oxumağa göndərəndə Fərman Nərimanbəyov da Avropaya təhsil almağa gedən 40 nəfər arasında idi.

O, Tuluza Universitetinin mühəndis – elektrik ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov bir fransız qızla da tanış olur. Və o, İrma Lya Rude alı bu dərzi-modelyer xanımla evlənir.

Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib – 1926-cı ildə. Sonra onlar Tuluzadan Paris şəhərinə köçürlər.

1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. Xanımı və 3 yaşlı oğlu ilə Bakıda yerləşən Fərman Nərimanbəyov tələbə yoldaşı olmuş elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir...

1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir.

Elə həmin il Toğrulun babası Əmirbəy kişi dünyasını dəyişir.

Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana – Səmərqəndə sürgün edirlər. Toğrulun anası düz 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb.

Elə Toğrulun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq olur.

Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıda bilir.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülür. 1955-ci ildə keçmiş SSRİ Rəssamlar Birliyinin üzvü olan Toğrul Nərimanbəyov bu zaman artıq çoxlu orden və medallara layiq görülmüşdü.

Sonrakı illər Toğrulun həyatında yeni səhifələr açdı və o daha da məşhurlaşdı. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi haqqında poema” baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət Mükafatına layiq görüldü. 1980-ci ildə Fikrət Əmirovun “Min bir gecə” baletinə verdiyi bədii tərtibata görə ikinci dəfə Dövlət Mükafatı ilə təltif olundu.

Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərib. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

Hazırda dünyanın bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan rəssamının əsərləri qorunub saxlanılır. Çexiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ-da və digər ölkələrdə Toğrul Nərimanbəyovun sərgiləri keçirilib.

Toğrul Nərimanbəyovun dediyinə görə, əslən fransız olan anası İrma Lya Rude də müasir incəsənəti dərindən bilirdi. Həm rəssamlığı, həm də modanı. Müsahibələrinin birində anası haqqında demişdi: “Moskvada Azərbaycan mədəniyyəti dekadası keçirilirdi. Hələ Stalinin vaxtında. Bülbül Koroğlu rolunda çıxış edirdi. Anam Qəmər Almaszadə ilə rəfiqə idi, ona kostyumları hazırlamaqda köməklik göstərirdi”.

Həyatının son dayanacağı kimi Azərbaycanı seçən İrma Lya Rude Bakıda, Yasamal qəbiristanlığında dəfn olunub. Elə Toğrulun qardaşı, Xalq rəssamı Vidadi Nərimanbəyov da Yasamal qəbiristanlığında anasının yanında uyuyur.

Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı heykəltəraş Elmira Hüseynova olub. 1933-cü il təvəllüdlü Elmira Hüseynova Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirib. Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı.

Bu evlilikdən Toğrul Nərimanbəyovun bir qızı dünyaya gəlib – Əsmər Nərimanbəyova (o da atası kimi Xalq rəssamıdır, hazırda Rəssamlıq Akademiyasının dosentidir).

Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.

Görkəmli rəssam sonradan ikinci dəfə ailə həyatı qurub, musiqiçi Sevil Nəcəfzadə ilə.

“İkinci arvadımla Bakıda tanış olmuşam. O, musiqiçidir, fortepianoda çalır. Bakıda texnikumda oxuyurdu. Mənə də maraqlı idi, o necə ifa edir. O zaman mən vokal ifaçılıqla da məşğul olurdum. O isə məni müşayiət edirdi. O təsviri sənəti sevirdi. Ümumiyyətlə, incəsənətə maraq göstərirdi. Bizim ümumi maraqlarımız var idi. Məndən soruşurlar ki, sizin ən yaxın ürək dostunuz kimdir? Cavab verirəm ki, kim ola bilər, ancaq Sevil. O mənim ürək dostumdur. Mən onunla yaradıcı fikirlərimi bölüşürəm. Onun iradəsi var, məqsədyönlüdür”.

Sağlığında ikinci həyat yoldaşı barədə danışanda T.Nərimanbəyov belə demişdi.

Bu evlilikdən rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirə bilər, çünki o da rəssamlıqla məşğul olur.

Toğrul Nərimanbəyov təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun gözəl bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi.

Elə həyat yoldaşı Sevil Nəcəfzadə T.Nərimanbəyovun konsertlərinin əsas təşkilatçısı olub. Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini təşkil edib.

2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın ali mükafatları olan “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir. Dövlət ona İçərişəhərdə emalatxana da vermişdi.

Həmkarları deyirlər ki, ünlü rəssam həm özünü, həm də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq istəyirdi. Bu məqsədlə o, Azərbaycandan xaricə köçmüşdü. Əvvəlcə bir neçə il Amerikada yaşayıb, sonra Fransaya köçüb.

2001-ci ildə o, Parisdəki qalereya ilə bağladığı müqaviləyə görə, ilin yarısını burada çalışmalı idi.

T.Nərimanbəyov ürək xəstəliyindən əziyyət çəkirdi. Ölümündən iki ay qabaq ürəyindən cərrahiyyə əməliyyatı keçirmişdi.

Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edib.

Təxminən, bir aydan sonra... Parisdəki morqda qalan T.Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova ilə qızı Əsmər Nərimanbəyovanın mübahisəsinə məhkəmə son qoyub. Fransa məhkəməsi xalq rəssamının həyat yoldaşının istədiyi kimi Parisdə dəfn edilməsinə qərar verib.

“Ölüm mənim üçün qorxulu deyil” deyən rəssamın bir arzusu var idi, heç vaxt gerçəkləşdirə bilməyəcəyi arzu – dədə-baba yurdu Şuşaya getmək: “Mənim babam və atam Şuşadandır. Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi gedəcəyəm...”.

Ölkəmiz Astanada beynəlxalq forumda Türkiyə tarixi boyunbağını Peruya qaytardı Türk öldürdü, türk ağladı - Günün şeiri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyun 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri