Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

O olmasaydı, Cümhuriyyət də olmazdı Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

O olmasaydı, Cümhuriyyət də olmazdı Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini.Həsən bəy Ağayevin anım günüdür.

Kulis.az Vəli İlyasovun onun haqqında yazısını təqdim edir.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və qurucularından biri olan Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncədəki klassik gimnaziyada başa çatdırdıqdan sonra neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olub və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirib.

Həsən bəy Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, mətbuata böyük maraq göstərib, qəzet və jurnallarda məqalələr dərc etdirib. Həsən bəy qısa zamanda Gəncənin ictimai həyatında fəallardan biri kimi tanınıb. “Hümmət” təşkilatının tapşırığı ilə 1906-cı ildə Azərbaycan dilinə tərcümə etdiyi “Silk, sinif, firqə” kitabçası Tiflisdə Cəlil Məmmədquluzadənin “Qeyrət” mətbəəsində çap olunub. Həmin kitabçanın nəşrinə görə çar hakimiyyətinin yerli orqanlarının təqiblərinə məruz qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşayıb.

Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan “Yujnıy Kavkaz” qəzetinin redaktoru və müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olub. 1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaradıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı Azərbaycanın digər görkəmli ictimai-siyasi xadimləri kimi Ağayevin də sonrakı həyat və fəaliyyətində həlledici rol oynayıb. O, Azərbaycanın müstəqilliyinə nail olmaq üçün siyasi fəaliyyətini daha da genişləndirib. Yeni şəraitdə Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə yaradılmış Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradıcılarından biri də Həsən bəy olub. O, 1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanları nümayəndələrinin qurultayında iştirak edib və Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsinin ardıcıl tərəfdarlarından olub.

1917-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası ilə Nəsib bəy Yusifbəylinin Türk Ədəmi-Mərkəziyyət Partiyası birləşərək, Türk Ədəmi-Mərkəziyyət-Müsavat Partiyası adlandırılıb. Müsavatın 1917-ci il oktyabrın 26-dan 31-dək keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər Məclisinə nümayəndə seçilib. Göründüyü kimi, Həsən bəy yaşadığı mühitdə ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayıb.

Rusiyada oktyabr dövlət çevrilişi ilə əlaqədar olaraq Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr onun iclasına getməyərək 1918-ci il fevralın 10-da Tiflisdə toplaşaraq Cənubi Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, aprelin 22-də isə Cənubi Qafqazın suverenliyinielan edən Zaqafqaziya Demokratik Federativ Respublikası Hökumətini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olan Həsən bəy bütün tədbirlərdə fəal iştirak edib. Ancaq Zaqafqaziya Seymi və hökuməti bu ərazidə yaşayan millətlərin milli maraqlarına cavab vermədiyindən həmin il mayın 25-də buraxılıb. İki gün sonra, yəni mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edərək Şuranın Rəyasət Heyətini seçib. Həsən bəy Ağayev Milli Şura sədrinin müavini seçilib.

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Qafqaz canişininin keçmiş sarayında keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi qəbul olunub. Azərbaycanın müstəqilliyini dünya ölkələrinə bəyan edən həmin sənədi ilk olaraq Həsən bəy Ağayev imzalayıb.

Şəhərlər Birliyinin Gəncə Komitəsinin iclası (fevral, 1916-cı il). Soldan 3-cü əyləşən Həsən bəy

Bakı bolşeviklərin, eserlərin, menşeviklərin və xarici ölkələrin tör-töküntülərinin əlində olduğu üçün Azərbaycan Milli Şurası Gəncəni paytaxt elan edib.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Gəncəyə köçüb. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə bağlı fəaliyyətini müvəqqəti olaraq dayandıraraq bütün hakimiyyəti yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə təhvil verib.

Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda keçirilən təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu idarəsinin baş həkimi vəzifəsində çalışırdı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Həsən bəy Parlament sədrinin birinci müavini seçilib. Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirib. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilib və 1920-ci il fevralın 2-nə qədər ona rəhbərlik edib. O, sədrin əvəzinə Parlamentimizin bütün iclaslarına rəhbərlik edib. Qəbul edilən qanunlar və mühüm əhəmiyyətə malik olan sənədlər məhz onun sədrliyi ilə müzakirə olunub.

Ancaq Azərbaycanın müstəqilliyini gözü götürməyən sovet hökuməti Dərbəndə qoşun toplayıb lazımi məqam gözləyirdi. Sovet dövlətinin başçısı Lenin və xarici işlər naziri Çiçerin dalbadal ultimatumlar göndərərək Cümhuriyyət rəhbərlərindən hakimiyyətdən əl çəkmələrini və onu bolşeviklərə təhvil verməyi tələb edirdilər. Cümhuriyyət qurucuları isə vaxtı mümkün qədər uzatmağa, müstəqilliyimizi möhkəmləndirməyə cəhd göstərirdilər. Lakin vaxt çatışmazlığı və bolşeviklərin artan təzyiqləri buna imkan vermirdi. Nəhayət, Moskvadan silahlı hərbi müdaxilənin başlanması üçün əmr verildi.

"Nicat" Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il. İkinci cərgədə, sağdan 5-ci Həsən bəy Ağayev

Azərbaycanın 1920-ci il aprelin 28-də bolşeviklərin XI qırmızı ordusu tərəfindən işğalından sonra təcili olaraq Cümhuriyyət rəhbərlərinin siyahısı hazırlandı və onların göründükləri yerdə sorğu-sualsız və məhkəməsiz öldürülməsi qərarı verildi. Belə təhlükəli bir vəziyyətdən xilas olmaq üçün Tiflisə köçən Həsən bəy Ağayev orada erməni bolşevikləri tərəfindən izlənirdi. İyulun 9-da erməni qatilləri Həsən bəyi qətlə yetirdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, görkəmli ictimai-siyasi xadim Həsən bəy Ağayev Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilib. Onun uğrunda mübarizə apardığı amalları bu gün müstəqil Azərbaycan dövləti yaşadır və əbədi yaşayacaqdır.

"Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim üçün qaranlıqdır" - Məqsədləri onu şərləyib tutdurmaq idi... "Epi" saxlanıldı Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri